Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Özümüzü işә necә motivasiya edәk?

Özümüzü işә necә motivasiya edәk?

Bәzәn elә olur ki, qarşımıza müәyyәn bir mәqsәd qoymağımıza baxmayaraq bu mәqsәdә nail olmaq üçün biz şәxsi motivasiya tapa bilmirik. Biz mәqsәdin vacibliyini anlayırıq, gözlәdiyimiz bonusların siyahısını bilirik, lakin özümüzü işlәmәyә mәcbur edә bilmirik. Bu mәqalәdә biz sizә özünüzü neçә motivasiya edә bilәcәyiniz haqqında tövsiyyәlәri tәqdim edәcәyik:

Özünüzü pozitiv şeylәrә köklәyin. Pessimistlәr özlәrini daha çәtin motivasiya edirlәr. Yeni uğurlar vә nailiyyәtlәr onlara sevinc bәxş etmir. Optimistlәr isә yeni qalibiyyәtlәrә can atırlar, asanlıqla yeni tanışlıqlar qururlar. Onlar sabahkı günә ümid ilә yanaşdıqları üçün özlәrini işә motivasiya edә bilirlәr.

Sevdiyiniz işlә mәşğul olun. Әgәr siz hәqiqәtәn dә işinizi sevirsinizsә, sizin motivasiyaya ehtiyacınız yoxdur. Bu xüsusilә sizin işinizin ilkin mәrhәlәlәrindә vacibdir, çünki bu zaman yeni işinizdәn gözlәdiyiniz qәdәr mәnfәәt әldә etmirsiniz.

Hәyatınızı asanlaşdırın. Özünüzü motivasiya etmәk üçün artıq olan hәr şeyi hәyatınızdan çıxarın. Siz yaşadığınız hәr günün dәyәrini, mәnasını dәrk etmәlisiniz.

İdmanla mәşğul olun. İdman edәrkәn bizim bәdәnimizdә endorfin -“sevinc hormonu” ifraz olunur. Özünüzü işә asanlıqla vә tez zamanda motivasiya etmәk üçün sәhәrlәr qaçmağa başlayın vә yaxud üzgüçülük ilә mәşğul olun.

Sizi motivasiya edәn filmlәrә baxın. Tәdqiqatçıların fikirinә görә, optimistik filmlәr onkoloji xәstәliklәrә qalib gәlmәyә yardım edirlәr. «Forest Qamp», «Göylәrә qәdәr», «Arzular hara aparır?» kimi filmlәr insanları fәal fәaliyyәtlәrә tәşviq edirlәr.

Qidalanmanıza diqqәt edin. Özünüzü işә necә motivasiya edәcәyiniz haqqında düşünün, öz vәrdişlәrinizә vә hәmçinin qida prinsiplәrinizә diqqәt yetirin. Tәzә tәrәvәzlәr vә meyvәlәr qәbul edin, tәmiz su için.

Stereotiplәrdәn imtina edin. Siz öz hәyatınızdan televizoru, sarı mәtbuatı, boş söhbәtlәri vә başqa insanların ünvanına tәnqidi çıxarsanız, qısa bir zamanda özünüzü motivasiya etmәyi öyrәnәcәksiniz.

Özünüzә sәhv edә bilmәk haqqını verin. Bәzi insanlar uğursuzluq yaşayacaqlarından qorxaraq özlәrini motivasiya etmәyә çalışmırlar. Lakin unutmayın ki, uğursuz hesab edilәn fәaliyyәt sizin üçün dәyәrli bir tәcrübәdir.

Öz üzәrinizdә işlәyin. Şәxsi inkişafınız üçün sizi maraqlandıran materialları öyrәnin, tәlimlәrә gedin, öz sahәnizdә bir mәslәhәtçi ilә çalışın. Bu cür insanlarla ünsiyyәt sizi işlәmәyә motivasiya edәcәk.


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top