Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

"Tәlimçilәr üçün tәlim vә ya tәqdimat etmә"

 

Tәlimçilәr üçün tәlim vә ya tәqdimat etmә

“Tәlimçilәr üçün tәlim vә ya Tәqdimat etmә” tәlimi iştirakçıların hәyәcansız, çәkinmәdәn, qorxmadan vә komplekslәri kәnara qoyaraq auditoriya qarşısında cәsarәtlә çıxış etmәlәrini stimullaşdıracaq formada hazırlanmışdır. Tәlimdә iştirakçıların tәqdimat etmәk bacarıqları test vә praktiki olaraq yoxlanılır vә qiymәtlәndirilir, hәyәcan vә emosiyalarını idarә edilmәsi yolları, tәlimә hazırlıq formaları izah edilir. Tәlim elәcә dә iştirakçılara öz fikirlәrinin auditoriyaya daha sәmәrәli çatdırılması üçün tәqdimatlarını düzgün qaydaya hazırlamaq üsullarını öyrәdir. Bu tәlimdә iştirak etmәklә iştirakçılar auditoriya qarşısında çıxış üçün әn vacib olan biliklәri әldә edәcәk vә nәticәdә öz fikirlәrini auditoriyaya peşәkar tәqdim edib onların rәğbәtini qazana bilәcәklәr. 

 

Tәlimin mәqsәdlәri

 “Tәlimçilәr üçün tәlim vә ya Tәqdimat etmә” Tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmәk imkanı qazanacaqlar:

  • Tәqdimata yanaşma tәrzi (münasibәt) vә ona hazırlıq
  • Tәqdimatın öhdәsindәn gәlmәk
  • Diqqәti cәlb etmәk vә onu saxlamaq üsulları
  • Tәqdimatın düzgün qaydada hazırlamaq
  • İştirakçı tiplәri vә tәqdimat zamanı onların idarә edilmlәsi üsulları
  • Tәqdimat zamanı fikri yayındıran mәqamlar

 

Tәlimdәn kim bәhrәlәnәcәk

Auditoriya qarşısında özünә әminliyi olmayan, çıxış edәrkәn bütün maneәlәr vә komplekslәrdәn azad olmaq, tәqdimat metodlarına yanaşma vә münasibәti dәyişmәk istәyәn hәr kәs.

 

Tәtbiq edilәn metod

GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.

Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.

Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.

Tәlimin müddәti: 3 gün

Başlanma saatı: 9:00

1.Fasilә : 10:00-10:15

2.Fasilә : 11:30-11:45

Bitmә saatı: 13:00

Korporativ sifarişlәr olduğu tәqdirdә tәlimin vaxtı sifarışçinin istәyi әsasında günün ikinci hissәsinә razılaşdırıla bilәr.

 

Tәlimin keçirilmә ünvanı

GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Azure biznes mәrkәzi, 8ci mәrtәbә, 9cu mәrtәbә, 50-ci ofis

Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)

 


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Tәlimә yazılmaq

Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top