Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Әmәliyyat Mütәxәssisi

Vәzifә öhdәliklәri

 

 

Müştәrinin (hәm bankdaxili, hәm dә xarici) müvafiq qaydada qarşılanması vә onlara peşәkar xidmәtin göstәrilmәsi

 

Müştәrilәrin xidmәt vә mәhsullara dair ehtiyaclarının müәyyәn edilmәsi. Onların tәlәblәrinә yönәldilmiş mәhsul çeşidlәrinin tәklif edilmәsi vә mövcud olan bütün әmәliyyat xidmәtlәrinin göstәrilmәsi

 

Müştәrilәrin sorğu vә müraciәtlәrinin daxili prosedur vә qaydalara uyğun operativ şәkildә icra olunması

 

Müştәri vә müştәriyә aid olan bütün mәlumatlar vә onun maliyyә mәsәlәlәri mәxfiliyinin qorunması mәqsәdilә, bütün lazımi prosedurların dәqiqliklә icrası

 

İcra olunan bütün әmәliyyatların Bankın Komplayns tәlәblәri ilә üzlәşdirilmәsi, hәr hansı mümkün olan riskli vә şübhәli әmәliyyatların aşkarlanması vә aidiyyatı struktur bölmәlәrә yönәldilmәsi

 

Müştәri tapşırıqlarının daxili prosedur vә qaydalara uyğun icra olunması

 

Müştәri xidmәtlәrinә aid olan bütün sәnәdlәşmә vә hesabatların gündәlik icra olunması

 

 

 

 

 

 

 

Bankın daxili prosedurlarına әsasәn, bütün aparılmış әmәliyyatların nәzarәt altında saxlanılması vә hәyata keçirilәn әmәliyyatlar üzrә sәnәdlәşmәlәrin aparılmasına (müştәrilәr haqqında mәlumatlar daxil olmaqla) vә daxili prosedurlara әsasәn bütün aparılmış әmәliyyatlar üzrә sәnәdlәşmәlәrin arxivlәşdirilmәsinin tәmin edilmәsi

Ehtiyac olduğu hallarda, filialın әmәliyyat işçilәrini әvәz etmәk qabiliyyәtinә malik olması

Funksional vә administrativ olaraq tabe olduğu bölmә rәislәri tәrәfindәn tәyin olunan tapşırıq vә layihәlәrin planlaşdırılması vә icra olunması

 

Cavabdehlik

 

 

Gündәlik әmәliyyatların normal şәkildә hәyata keçirilmәsinin tәmin olunması (xidmәt cәhәtindәn); müştәri sorğuları vә peşәkar mәslәhәtlәrin verilmәsi

 

Müştәri ilә münasibәtlәrin qurulması vә müştәri loyallığının tәmin edilmәsi

 

Fәaliyyәtin Bank Xidmәt Standartlarına, Xidmәt Keyfiyyәtinә vә Komplayens normalarına uyğunlaşdırılması

 

Bankın mәhsulları vә xidmәtlәri haqqında mәlumata vә anlayışa malik olması, vaxtı vaxtında bu cür biliklәrin yenilәnmәsi

 

Hәr hansı Filial fәaliyyәtinin hәyata keçirilmәsi daxilindә göstәrilәn xidmәt növlәrinin ümumi Bankın strateji çәrçivәsindә icra olunması (mәhsullar baxımdan)

 

Tәyin olunmuş fәrdi ӘKG (әsas keyfiyyәt göstәricilәri) vә hәdәflәrin qarşılanması

 

Filian funksiyaların onlara aid olunan daxili vә xarici hüquqi normalara vә sәnәdlәrә uyğun olaraq icra edilmәsi

 

 

Әn yüksәn dürüstlük vә etibarlılıq meyarlarına uyğun olması

Bankın daxili normativ qanunlarına riayәt edilmәsi

 

Vәzifәnin digәr xüsusiyyәtlәri

 

 

İş tәcrübәsi:

1-3 il

 

Mürәkkәblik dәrәcәsi:

Orta sәviyyәdә mürәkkәbliyә malik olan prosedur vә tapşırıqlardan tәşkil olunub. Müstәqil qәrarvermә qabiliyyәti mövcud resursların seçilmәsi vә onların işә tәtbiqi zamanı tәlәb olunur. Davamlı nәzarәt isә yalnız vacib hallarda tәmin edilir.

 

Komanda işi:

İş prosesi vә xidmәt keyfiyyәtinin әldә olunması üçün struktur vahid daxilindә komanda ilә tez-tez koordinasiya, kommunikasiya vә problemlәrin hәll olunmasında iştirak etmәlidir.

 

İnkişaf fәaliyyәti:

Mәslәhәt vermәk – işçilәri vәzifә öhdәliklәri vә mәsuliyyәtlәrindәn asılı olaraq informasiya, faktlar vә ümumi tәlimatlarla tәmin edir.

 

Qәrarvermә (Müntәzәm/Qeyri-müntәzәm):

Müntәzәm/ Qeyri-müntәzәm qәrarlar – rutin vә rutin olmayan mәsәlәlәrlә bağlı qәbul edilәn qәrarlar әhatә dairәsinә görә fәrqlәnir, ancaq bütün qәrarlar mütlәq şәkildә tәsdiq olunmalıdır.

 

Qәrarın biznesә tәsiri:

Kiçik tәsir dәrәcәsi – ya azacıq irәlilәyiş, ya da kiçik problemlә nәticәlәnir.

 

Müştәri xidmәti:

Qarşılıqlı gözlәntilәri nәzәrә alaraq müştәri ilә aydın ünsiyyәt saxlayır. Müştәri xidmәti problemlәrinin aradan qaldırılmasında fәrdi olaraq mәsuliyyәt vә cavabdehlik daşıyır.

 

Kommunikasiya:

Kommunikasiya prosesi müntәzәm olaraq tәşkilata aid informasiya, prosedur vә siyasәtlәrin izahını / şәrhini tәlәb edir.

 

Daxili kommunikasiya:

Mәhsul vә seqment strategiyası (Filialların koordinasiyası); Әmәliyyat vә nәzarәt; Maliyyә; Xәzinәdarlıq vә aktiv vә passivlәrin idarә edilmәsi; Kreditlәrin monitorinqi; Hüquq; Komplayns; Tәşkilati inkişaf vә keyfiyyәtin tәminatı; müştәri menecerlәri

 

Gәlәcәyә baxış:

Digәrlәrinin mәqsәd vә strategiyasını başa düşür.

 

İdarәçilik:

Tәşkilati xәrclәr, metod vә işçilәrin idarәedilmәsi üçün birbaşa mәsuliyyәt daşımır.

 

Planlama:

Öz işini planlayır vә prioritetlәr qoyur.


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Vakansiyaya yazılmaq

Vakansiyaya yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top