Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Baş mühasib(closed)

 
İş barәdә mәlumat:
 
- Mövcud qanunvericiliyә uyğun olaraq müәssisәnin maliyyә-tәsәrrüfat fәaliyyәtinin mühasibat uçotu vә hesabat sәnәdlәrindә әks etdirilmәsi üzrә fәaliyyәtin tәşkili vә nәzarәt etmәk.
- Dövlәt büdcәsinә ödәnişlәrin düzgün hesablanması vә vaxtında köçürülmәsini tәmin etmәk;
- Vergilәr üzrә hesabatların tәrtib/tәqdim edilmәsini tәmin etmәk;
- Dövlәt Sosial Müdafiә Fonduna hesabatların tәqdim edilmәsi vә sosial ayırmaların hesablanmasını tәmin etmәk;
- Mühasibat uçotunun aparılması qaydalarını rәhbәr tutaraq mühasibat uçotunun aparılmasını müәssisәdә vә tәsisçisi olduğu digәr törәmә müәssisәlәrdә tәşkil etmәk;
- Daxil olan pul vәsaitlәrinin, mal-material ehtiyatlarının vә әsas vәsaitlәrin tam uçotu vә onların hәrәkәti ilә bağlı әmәliyyatların vaxtında mühasibat uçotunda әks etdirilmәsini tәmin etmәk;
- Mühasibat sәnәdlәrinin saxlanılması, qorunması vә müәyyәn olunmuş müddәtlәrdә arxivә tәhvil verilmәsini tәşkil etmәk;
- İlkin sәnәdlәr vә mühasibat yazılışları әsasında vergi vә mühasibat hesabatlarının tәrtib olunması vә qanunvericilikdә müәyyәn edilmiş müddәt әrzindә müvafiq orqanlara göndәrilmәsini hәyata keçirmәk;
- Daxil olan vә çıxan pul vәsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hәrәkәtini, istehsal dövriyyәsini vә xәrclәrini, xәrclәr smetasının hazırlanmasını, mәhsulun satışını, iş vә xidmәtlәrin yerinә yetirilmәsini, maliyyә, hesabat vә kredit әmәliyyatlarının uçotunu tәşkil vә nәzarәt etmәk;
- Mәhsulun, iş vә xidmәtlәrin maya dәyәri hesabatının iqtisadi cәhәtdәn әsaslandırılmış tәrtibini, әmәk haqqının ödәnilmәsi hesablarını, dövlәt büdcәsinә mәcburi ödәmәlәri, dövlәt sosial sığorta fonduna ayırmaları, digәr ayırmaları tәrtib vә nәzarәt etmәk.
- İlkin mühasibat sәnәdlәrinin, hesablaşmaların vә ödәniş öhdәliklәrinin hazırlanmasına, әmәk haqqı fondunun sәrf olunmasının, әmtәә mal qiymәtlilәrinin vә әsas fondların inventarizasiyasının aparılmasına nәzarәt etmәk;
- Maliyyә nizamına ciddi әmәl edilmәsini, inzibati tәsәrrüfat vә digәr xәrclәrin, debitor borclarının, çatışmazlıqlarının vә digәr hesabların mühasibat uçotunda düzgün әks etdirilmәsini tәmin etmәk;
- Banklara müqaavilәlәr üzrә borcların müәyyәn olunan vaxt әrzindә verilmәsinә nәzarәt etmәli.
 
Namizәdә tәlәblәr
 
- Ali tәhsil (Maliyyә, iqtisadiyyat, mühasibat uçotu sahәsindә olması mütlәqdir)
- Ümumilikdә 10 il iş tәcrübәsi vә baş mühasib kimi 3 il iş tәcrübәsi tәlәb olunur;
- 1C Proqramında, Excell proqramında yüksәk sәviyyәdә işlәmә bacarığı vә “Panorama”, “Logo” proqramlarında işlәyә bilmәsi arzuolunandır;
- Stresәdavamlı, tәlәbkar, mәsuliyyәtli;
- Azәrbaycan, rus, ingilis dillәrindә yüksәk sәviyyәdә ünsiyyәt vә yazışma bacarığı;
- Vergi qanunvericiliyi bilmәk;
- Beynәlxalq mühasibat uçotu standartlarını bilmәk.
- İstehsalat sahәsindә iş tәcrübәsi olması arzuolunandır.
 
Әmәk haqqı mәblәği: 2500 AZN
 
Xahiş edirik ki, mövzu yerinә elanın adını yazaraq vә CV-nizi öz adınızla vә vakansiyanın adı ilә adlandıraraq, zәhmәt olmazsa, jamilya@gdg.az elektron ünvanına göndәrәsiniz.
Әlavә suallarınız yaranarsa, 12 488 64 19, 055 440 91 14 telefon nömrәlәrinә zәng edәrәk müraciyyәt edә bilәrsiniz.

yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Vakansiyaya yazılmaq

Vakansiyaya yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top