Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Marketinq Departamentinin Direktoru

Әziz dostlar,

Әmәkdaşlıq etdiyimiz şirkәtlәrin birindә "Marketinq Departamentinin Direktoru" vәzifәsinә işә qәbul elan edilmişdir!

Vәzifә öhdәliklәri:

  • Şirkәtin ümümi strategiyası çәrçivәsindә Marketinq fәaliyyәtinin vә siyasәtinin müәyyәn edilmәsini tәşkil etmәk;
  • Şirkәtin Strateji İnkişaf Planından irәli gәlәn işlәrin hәyata keçirilmәsini tәşkil etmәk;
  • Müvafiq şöbәlәr ilә birgә marketinq, reklam vә ictimaiyyәtlә әlaqәlәr üzrә tәdbirlәr planının vә illik büdcәnin işlәnib hazırlanmasında iştirak etmәk;
  • Şirkәtin brendinin güclәndirilmәsi vә imicinin yüksәldilmәsi üzrә tәdbirlәrin hazırlanması vә hәyata keçirilmәsini tәşkil etmәk;
  • Şirkәtin rәqәmsal marketinq siyasәtinin hazırlanması, rәqәmsal marketinq layihәlәrinin idarә edilmәsi:
  • Mövcud mәhsul vә xidmәtlәrin keyfiyyәtinin yaxşılaşdırılması, müştәri mәmnuniyyәtinin artırılması vә onlarla bağlı qaydalara әlavә vә dәyişikliklәrin hәyata keçirilmәsini tәmin etmәk;
  • Şirkәtin marketinq siyasәtinin inkişafını hәyata keçirmәk üçün mәhsulların bazar araşdırmasının tәhlilinә әsaslanaraq istehlak tәlәbatının vә rәqib şirkәtlәrin bazar payının proqnozlaşdırılmasını tәmin etmәk;  
  • Departament tәrәfindәn müxtәlif növ marketinq araşdırmalarının vә tәhlillәrinin tәşkil edilmәsivә keçirilmәsini tәmin etmәk;
  • Departament tәrәfindәn marketinq proqramlarının, reklam vә PR kampaniyalarının / aksiyaların, stimullaşdırıcı vә digәr lotereya aksiyalarının hazırlanmasını, elәcә dә bankın mәhsul vә xidmәtlәrin imici ilә bağlı tәşviqat kampaniyalarının keçirilmәsini tәmin etmәk;
  • Şirkәtin cari vә potensial tәrәfdaşları ilә biznesin inkişafı vә marketinq sahәsindә әlaqәlәrin qurulması, әmәkdaşlıq layihәlәrinin vә reklam / PR aksiyalarının hazırlanması vә tәtbiqini tәmin etmәk;
  • Şirkәtin strukturlarının reklam vә promo mәhsullarına ehtiyacının müәyyәn etmәk;
  • Şirkәtin filial şәbәkәsindә vahid korporativ standartların tәdbiqi vә inkişaf etdirilmәsini tәşkil etmәk;
  • Departament tәrәfindәn şirkәtin informasiya siyasәtinin müәyyәn edilmәsini, mәlumat-mәtbuat xidmәtinin hәyata keçirilmәsini, şirkәtin fәaliyyәtinin müxtәlif vasitәlәrlә KİV-lәrdә işıqlandırılmasını tәşkil etmәk;
  • Şirkәtin tәrәfindәn korporativ tәdbirlәrin vә tәqdimatların, elәcә dә şirkәtin iştirakı / aidiyyatı olan digәr biznes vә sosial xarakterli tәdbirlәrin hazırlanmasıın vә keçirilmәsinin tәşkil edilmәsindә iştirak etmәk;
  • İllik Marketinq büdcәsinin hazırlanması,  tәsdiq edilmәsi vә maliyyә vәsaitin idarә edilmәsinә dair tәkliflәr verilmәsi, hәmçin büdcәyә әsasәn bankın illik reklam planının hazırlanması vә icrasının tәmin edilmәsi;
  • Daim şirkәtin imicini vә mәnafeyini qorumaq;
  • Şirkәtin ümumi strateji planı çәrçivәsindә marketinq strategiyası vә bu strategiyanın әmәliyyat planları tәsdiq olunduqdan sonra, bu planların icrasından irәli gәlәn fәaliyyәti hәyata keçirilmәsini tәşkil etmәk;
  • Tabeçiliyindә olan әmәkdaşların qiymәtlәndirilmәsini hәyata keçirmәk, onların bilik vә bacarıqlarının artırılması üçün lazımi sәylәr göstәrmәk (“workshop”ları, tәlimlәri vә müvafiq görüşlәri tәşkil etmәk vә s.);

 Vәzifә üzrә tәlәblәr:

  • İqtisadi, biznes vә ya maliyyә sahәsindә ali tәhsilin olması;
  • Marketinq sahәsindә әn az 5 – il iş tәcrübәsinin olması;
  • Ms Office proqramında yüksәk sәviyyәdә işlәmәk bacarığının olması;
  • Dil biliklәri: Azәrbaycan, Rus vә İngilis ;
  • Komandada vә fәrdi işlәmәk qabiliyyәtinin olması;
  • Mәsuliyyәtli, işgüzar vә komunnikasiya qabiliyyәtinә malik olmaq;

CV-lәrinizi mailın mövzu hissәsindә müraciәt etdiyiniz vәzifәnin adını göstәrmәklә jamilya@gdg.az e-mail ünvanına göndәrmәyiniz xahiş olunur.


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Vakansiyaya yazılmaq

Vakansiyaya yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top