Şirkәt haqqında
GDG Professionals kadrların idarә olunması (HRM), kouçinq, tәlim, hedhantinq/işә düzәltmә üzrә peşәkar xidmәtlәr göstәrәn şirkәtdir. Beynәlxalq standartlarla fәaliyyәt göstәrәn GDG Professionals mәqsәd vә nәticә yönümlüdür. Biz HRM-in inkişafına, şirkәtlәrdә müxtәlif biznes proseslәrinin idarә olunmasına, optimallaşmasına xidmәt göstәririk.
Şirkәtlәrin strateji hәdәflәrini dәstәklәmәk vә ona dәyәr qata bilmәsini tәmin etmәk üçün GDG Professionals HRM-in fәaliyyәtini dörd istiqamәtdә:
- Strateji tәrәfdaşliq
- İnzibati
- Dәyişikliklәr edәn
- İşçilәrin nümayәndәsi kimi tәbliğ vә tәlqin edir.
Fәaliyyәtimizi peşәkarlıq üzәrindә qurmaqla şirkәtlәrlә iş birliyimizdә qarşılıqlı inam vә etibar prinsiplәrini әsas götürür vә onlarla münasibәtlәrimizi biznes tәrәfdaş kimi qururuq.
İşgüzar alәmdә:
- idarәetmәdә diqqәti strateji idarәetmәyә yönәldәn
- şirkәtlәrin dәyişikliyә hazırlığını düzgün qiymәtlәndirәrәk onları tәkamül yolu ilә tәtbiq etmәyi bacaran
- qabaqcıl, beynәlxalq tәcrübәlәr ilә yerli şirkәtlәrin tәşkilati mәdәniyyәti arasında vәhdәt yarada bilәn
- şirkәtlәrә dәyәr qatan imicimiz formalaşmışdır.
Azәrbaycanda idarәetmә sahәsindә, xüsusi ilә HRM-dә bir sıra xidmәtlәrin göstәrilmәsi GDG Professionals şirkәtinin adı ilә bağlıdır. Bunlara hedhantinq/işә düzәltmә, kouçinq vә idarәetmә üzrә mәslәhәtlәr, tәlimlәrin verilmәsindә yeni yanaşmalar vә s. aiddir. Biz daim inkişaf edir vә iş bazarına yeni xidmәt növlәri gәtiririk.
Biz idarәetmәdә HRM-ә yeni baxışı, yanaşmanı tәbliğ etmәklә yanaşı, elәcә dә HRM üzrә bütün sistemi qurmaqda, qaydaların hazırlanmasında, onların tәtbiqindә xidmәtlәr göstәririk.
GDG Professionals öz missiyasına vә prinsiplәrinә sadiqdir. Bizi fәrqli vә xüsusi edәn mәhz bu keyfiyyәtimizdir. Belә ki, biz, xidmәt göstәrdiyimiz bütün sahәlәr üzrә birinciliyi - liderliyi iilәr uzunu saxlamaqdayıq.
Bilirik ki, keyfiyyәt peşәkarlığımızın göstәricisidir!
Tariximiz
Әsası 1999-cu ildә qoyulmuş GDG Professionals şirkәti HRM, kouçinq, tәlim vә hedhantinq/işә düzәltmә sahәsindә aparıcı şirkәt kimi tanınır. Azәrbaycanda hedhantinq/işә düzәltmә, HRM vә rәhbәr vәzifәlәr üzrә kouçinq-in tarixi GDG Professionals ilә başlayır. Biznesdә 15 ildәn artıq tәcrübә sayәsindә tәklif etdiyimiz xidmәtlәr mükәmmәllәşmiş vә tәkmillәşmişdir. Biz әn yüksәk standartlara müvafiq xidmәt tәklif edir vә beynәlxalq müstәvidә tanınırıq.
Uğurlu inkişafın, güclü mövqenin vә etibara söykәnәn nüfuzun nәticәsi olaraq GDG Professionals tәklif etdiyi xidmәtlәr siyahısına daha üç istiqamәt üzrә fәaliyyәt növü әlavә etmişdir:
GDG Professionals şirkәtinin yerli işgüzar alәmә verdiyi daha bir tәklif/töhfә tәlimin qiymәtlәdirilmәsi metodu – tәlimә qoyulan sәrmayәnin geri qayıtmasının vә tәlimin işçilәrin fәaliyyәtlәrinә tәsirinin ölçülmәsidir.
GDG Professionals şirkәti partnyorlar tәrәfindәn aşağıdakı kimi xarakterizә edilmişdir:
- әmәkdaşlıq etdiyi şirkәtlәrә yeniliklәr vә inkişaf gәtirәn
- şirkәtlәrin gәlirliliyinә dәyәr qatan
- peşәkar münasibәt vә sübut olunmuş yanaşma
Biz işgüzar fәaliyyәtimizdә vә münasibәtimizdә yüksәk peşәkarlığı әsas götürürük. GDG Professionals şirkәti öz biznesinin inkişafını öz әmәkdaşlıqların, xidmәtlәrinin inkişafı vә yüksәk sәviyyәdә müştәri mәmnuniyyәtinin tәmin olunması üzәrindә qurur.