Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

HR Audit

HR Audit

HR audit illәr boyu tәtbiq edilәn maliyyә vә mühasibatlıq auditi tәcrübәsindәn yaranmış vә hәr bir şirkәt üçün onlar qәdәr önәmlidir.

GDG Professionals şirkәtinin keçirdiyi HR audit HR üzrә problemlәrin aşkar olunmasına vә şirkәtdә HR  prosedurların/prinsiplәrin tәtbiqinin yoxlanılmasına xidmәt edir.  HR audit kadrlarının fәaliyyәtinin sәmәrәliliyini qiymәtlәndirmәk üçün dә istifadә olunur. 

İnsan orqanizmi üçün  fiziki vә әqli sağlamlıq nә qәdәr vacibdirsә, şirkәt üçün dә onun HRM-in sağlam vә sәmәrәli fәaliyyәti o qәdәr vacibdir.  Şirkәtlәrin HR audit keçirmә sәbәbi onun HRM üzrә vәziyyәti barәdә mәlumat әldә etmәk vә tәtbiq edilәn HR sistemlәrin nәticәlәr verib vermәdiyini müәyyәn etmәkdir.  HR audit HR üzrә boşluq vә çatışmazlıqları, onların sәbәblәrini aşkar etmәyә imkan verir.  Hәr bir şirkәt müәyyәn bir sistemlәri vә hәdәflәri öncәdәn planlaşdırdığından, HR audit bu planları real tәtbiqetmә imkanları ilә müqayisә etmәyә imkan verir. 

GDG Professionals şirkәtinin HR auditә yanaşma tәrzi fәaliyyәtin vә icranın әsas aspektlәrini tәhlil edәn vә güclü, zәif tәrәflәri tәyin edәn sistemli prosesdir. Müştәrilәrin istәyindәn asılı olaraq HR audit tәklif edilәn istiqamәtlәr üzrә seçim әsasında da hәyata keçirilә bilәr.  Bu halda HRM-in bütün sahәlәri deyil, yalnız sifariş verilmiş hissә audit edilir.

Şirkәtlәr bir çox sәbәblәrә görә HR audit hәyata keçirirlәr:

  • HR ilә әlaqәli problemlәri aşkarlamaq vә aradan qaldırmaq
  • HR ilә әlaqәli imkanları axtarıb tapmaq
  • Kadrlardan sәmәrәli istifadәni tәmin etmәk
  • HR departamentin yaxşı idarә edilmәyi vә potensial çәtinliklәrin öhdәsindәn gәlәrәk imkanları dәyәrlәndirdiyi barәdә әminlik formalaşdırmaq
  • Şirkәtin ictimai nüfuzunu qorumaq vә yüksәltmәk

 

Auditin keçirilmә üsulu, adәtәn, onun keçirilmә mәqsәdindәn asılı olaraq müәyyәn edilir.

Audit prosesi

HR Audit - Audit prosesiHR audit müxtәlif mәrhәlәlәr üzrә hәyata keçirilir.  Hәr bir mәrhәlә auditin sonunda şirkәtlәrin HR fәaliyyәti, statusu barәdә dolğun mәlumat әldә etmәlәrini tәmin etmәk mәqsәdi ilә daha әvvәl gәlәn mәrhәlә üzәrindә qurulmuşdur. Mәrhәlәlәrә aşağıdalkılar daxildir:

  • Auditin başlama tarixi barәdә mәlumatlandırmaq
  • Yerindә baxış
  • Mәlumat toplama
  • Toplanmış mәlumatın tәhlili
  • Audit hesabatı
  • Auditin faydalarının tәtbiqi

 

HR auditin şirkәtlәrә faydaları

GDG Professionals şirkәti tәrәfindәn hәyata keçirilәn HR auditin әhәmiyyәti düzgün iş mühitinin formalaşdırılması vacibliyinin dәrk edilmәsi vә bununla da hasilat gücünün uzunmüddәtli stimullaşdırılması vә sürәtlәndirilmәsidir.  Audit, HR departamentin fәaliyyәtinә faydalarını vermәklә yanaşı, elәcә dә onun digәr departament menecerlәri vә mütәxәssislәri  arasında peşәkar imicinin formalaşmasına sәbәb olur.  Audit sayәsindә HR departamentin әsas vәzifәlәrini daha yaxşı müәyyәn etmәk vә formalaşdırmaq mümkündür.  Tәrәfimizdәn hәyata keçirilәn HR auditin әn vacib tәrәfi şirkәt daxilindә problemlәri aşkar etmәk vә әmәk qanunvericiliyinә, şirkәtin strateji planlaşdırmaya müvafiqliyini tәmin etmәkdәn ibarәtdir.  Audit nәticәsindә:

  • HR departamentinin şirkәtә faydaları müәyyәn edilir
  • HR-ın peşәkar nüfuzu güclәndirilir
  • HR departamentinin işçilәri arasında mәsuliyyәt vә peşәkarlıq stimullaşdırılır
  • HR departamentinin öhdәlik vә vәzifәlәri müәyyәnlәşdirilir
  • HR siyasәt vә tәcrübәlәrin yeknәsәkliyi tәmin edilir
  • HR sahәdә ciddi problemlәr aşkarlanır
  • Hüquqi tәlәblәrә müvafiqlik tәmin edilir
  • Daha sәmәrәli HR prosedurların tәtbiqi vasitәsilә insan resursları sahәsindә xәrclәr azaldılır
  • HR departamentindә ehtiyac olan dәyişikliklәrin tәsdiqi üçün şәrait yaradılır
  • HR departamentinin mәlumat sisteminin tam nәzәrdәn keçirilmәsi tәlәbi irәli sürülür

 

HR Audit peşәkarlıqla keçirildiyi tәqdirdә HR departamentin nüfuzuna müsbәt tәsir edәrәk onun şirkәtә verdiyi faydaların hәcmini artırmış olur.

 

Scroll to Top