Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Rәhbәr Vәzifәlәr üzrә Kouçinq

Rәhbәr Vәzifәlәr üzrә Kouçinq

Rәhbәrlәr vә menecerlәr qarşısında qoyulan tәlәblәr günbәgün artır vә onlar gözlәnilәn nәticәlәrә nail olmaq üçün müvafiq bilik, bacarıq vә qabiliyyәtlәrini daim tәkmillәşdirmәli olurlar. Bu qabiliyyәtlәrin tәkmillәşdirilmәsi yalnız nәzәri bilik deyil, böyük tәcrübәyә malik peşәkarlar tәrәfindәn davamlı istiqamәtlәndirmә, tәlimlәndirmә vә kouçinq tәlәb edir. GDG Professionals bu zaman üz tutulan, müraciәt edilәn ilk şirkәtdir.  Çünki, mәhz bizim şirkәtimiz bu sahәdә beynәlxaq sertifikata (UK Management University) vә tәcrübәyә malik peşәkar heyәtә malikdir.  

Mәsul şәxslәrә, direktorlara, menecerlәrә dәstәk olmaq üçün rәhbәr vәzifәlәrin kouçinqinin GDG Professionals tәrәfindәn keçirilmәsinin әsas üstünlüklәri aşağıdakılardır:

  • İnsanların idarәetmә bacarıqlarını tәkmillәşdirmәk
  • Görkәmli vә ruhlandırıcı rәhbәr olmaq
  • Hәvәsli ( motivasiyalı) vә mәhsuldar komandalar qurmaq
  • Kәnara çәkilәrәk  şirkәtә vә ya departamentә başqa mövqedәn baxmaq iqtidarında olmaq
  • Problemlәri öncәdәn görәrәk onların yaranma sәbәblәrinin qarşısını almaq
  • Menecer vә rәhbәr kimi düşünüb, davranmaq üçün işgüzar sahәdә biliklәrinizi artırmaq
  • Planlama vә strateji düşünmә bacarığını inkişaf etdirmәk
  • Daxili siyasi bacarığını inkişaf etdirmәk vә әhatә dairәsini genişlәndirmәk
  • Sәlahiyyәt vә özünәinamdan çıxış edәrәk bütün sәviyyәlәrdәn olan insanlarla ünsiyyәt qurmaq
  • Әtrafınızda nә ilә üzlәşdiyinizi anlayan vә etibar edә bilәcәyiniz birinә malik olmaq
  • Şirkәt daxilindә digәrlәri ilә müzakirә edә bilmәdiyiniz vәziyyәtlәrdәn çıxış yollarını vә narahatçılıqlarınızı müzakirә etmәk
  • Satış göstәricilәrini artırmaq
  • Bizneslәrini növbәti mәrhәlәyә çatdırmaq
  • Biznesin hәrtәrәfli inkişaf etdirilmәsi

 

GDG Professionals şirkәtinin kouçinq xidmәti üz-üzә vә ya telefon vasitәsi ilә tәqdim edilir.

Әsas mәqsәdlәrimiz rәhbәr vәzifә tutan şәxslәrin idarәetmә bacarıqlarını, inzibati biliklәrini artırmağa yardımçı olmaq, şirkәt daxilindә rәhbәrliyin sәviyyәsini,  satışları vә mәnfәәti qaldırmaq, dәyişiklik edәrәk idarәetmәdә şirkәtlәrә dәstәk olmaq, müştәrilәrin vaxtını daha sәmәrәli idarә etmәk vә şirkәtin inkişafını növbәti mәrhәlәyә çatdırmaqdır.

Şirkәtlәrin problemlәrinin hәlli istiqamәtindә fәaliyyәt göstәrmәk vә düzgün hәll yollarını tәklif etmәk әsas hәdәflәrimizdәndir.

Scroll to Top