Komandaqurma (Timbildinq)
Hәr bir şirkәtin strateji mәqsәdini hәyata keçirmәk üçün onun güclü korporativ idarәetmә üslubu olmalıdır. Yalnız korporativ idarәetmә ilә tәşkilat qarşısına qoyduğu mәqsәdlәrә nail ola bilәr. Korporativ idarәetmәnin yaradılmasında әmәkdaşların qoyulmuş tapşırıqlara/mәqsәdlәrә qarşı komanda ruhunda birlәşmәsi vacib şәrtdir. Belә komandanın yaradılması vә möhkәmlәnmәsi istiqamәtindә Siz GDG Professionals şirkәtinin “Teambuilding” tәliminә müraciәt etmәklә faydalana bilәrsiniz. Tәlim qapalı mәkanda vә şәhәrdәn kәnar 1-2 gün müddәtinә keçirilir. İlk baxışdan әylәncә, macәra vә istirahәt tәsiri bağışlayan tapşırıqlar әslindә әmәkdaşları bir-birinә yaxınlaşdırmağı, onlara bir-birini daha yaxından tanımaq imkanı vermәyi nәzәrdә tutur.
“Teambuilding” fәaliyyәti hәr birindә 6-7 tapşırıq olmaqla 3 qrupa bölünür. Onların hәr biri komanda ruhunu yüksәltmәk vә işçilәrdә hәvәs oyatmaq üçün hazırlanmışdır. GDG Professionals şirkәtinin “Teambuilding” üzrә tapşırıqları aşağıda sadalanan dәyәrlәri inkişaf etdirmәk mәqsәdi ilә işlәnib hazırlanmışdır:
- İnam vә etibar
- Çeviklik vә uyğunlaşma (adaptasiya)
- Diqqәt, tәhlükәsizlik vә qayğı
- Cәld qavrama
- İdarәetmә vә liderlik
“Teambuilding” tәlimindәn әldә olunan faydalar:
- Menecerlәr tәrәfindәn komandanın daha yaxşı başa düşülmәsi
- Daha yaxşı münasibәtlәr
- Yüksәk motivasiya
- İşdә yüksәk sәmәrәlilik
- Komandanın gücünü dәrk etmәk
- Güclü komanda ruhu
Bu cür tәlimlәrin yazılı mәzmununun Sizdә tәlim barәdә tam mәlumat yarada bilmәyәcәyini nәzәrә alaraq, Sizi tәlimdә әyani iştirak etmәyә, “teambuilding” hәyacanını canlı yaşamağa dәvәt edirik.