Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Şirkәt Heyәti

 

Şirkәt Heyәti - GÜLZAR QULİYEVA

 

GÜLZAR QULİYEVA

Direktor

HRM üzrә 17 illik tәcrübәyә malik Beynәlxalq Ekspert vә İdarәetmә üzrә Mәslәhәtçi

Gülzar Quliyeva biznes fәaliyyәtinә PricewaterhouseCoopers (PwC) şirkәtindә HRM vә İnzibati Menecer vәzifәsindә başlamışdır. Eyni zamanda, o, PwC daxilindә dünya üzrә tanınmış 30-a yaxın şirkәtә hedhantinq vә işә düzәltәmә sahәsindә xidmәt göstәrmişdir.  G.Quliyeva Azәrbaycan işgüzar alәmindә bu xidmәti göstәrәn ilk yerli peşәkar olmuşdur.

2000-2005-ci illәrdә G.Quliyeva fәaliyyәtinә Azәrbaycan Respublikası Mәrkәzi Bankında İdarә Heyәti Sәdrinin HRM mәsәlәlәri üzrә müşaviri vәzifәsindә davam etmişdir.

2005-ci ildәn etibarәn G.Quliyeva GDG Professionals şirkәtinin Baş Direktorudur.

Gülzar xanım aşağıda sadalanan kitabların müәllifidir:

  1. "Müasir Azәrbaycanda kadrların idarә edilmәsinә yeni yanaşma" – R.Yanq vә A.Gilmor ilә birlikdә
  2. "160 müsahibә sualı vә cavabı sizin peşәkarlığınız, müvәffәqiyyәtiniz üçün"
  3. "Sahibkarlıq vә idarәetmәnin әsasları"

Tәhsil:

1976-1981 Xarici Dillәr Universiteti

1997-1998 Kadrların İdarә edilmәsi, Böyük Britaniya

2001-2002  MBA, Azәrbaycan Dövlәt İqtisad Universiteti

2011 İdarәetmә üzrә Mәslәhәt İnstitutu, Böyük Britaniya

 

Şirkәt Heyәti - SӘBİNӘ ZAİROVA

 

SӘBİNӘ ZAİROVA

HR Kordinator

Sәbinә Zairova peşәkar fәaliyyәtinә 2008-ci ildә GDG Professionals şirkәtindә başlamışdır.  Bu  müddәt әrzindә S.Zairova GDG Professionals şirkәtindә fәaliyyәti sayәsindә HRM üzrә nәzәri vә tәcrübi biliklәrә, idarәetmәnin incәliklәrinә yiyәlәnmiş vә şirkәtә yüksәk dәyәr qatan işçi sәviyyәsinә qalxmışdır.  

İstәr müsahibәlәri keçirәrkәn,istәrsә dә HR audit apararkәn, tәlimlәr verәrkәn S.Zairova әldә etdiyi qabiliyyәtlәri özünәmәxsus mәharәtlә tәtbiq edir GDG Professionals şirkәtinin imicini yüksәk sәviyyәdә tәmsil edir.

S.Zairova işә mәsuliyyәti, sifarişlәri vaxtında icra etmәsi, müştәrilәrin gözlәntilәrini qarşılaması vә ümumilikdә öz peşәkarlığı ilә şirkәtin müştәrilәrinin hörmәt vә rәğbәtini qazanmışdır.  

 2011-ci il 1 Sentyabr tarixindәn o, GDG Professionals şirkәtindә HR Kordinator kimi fәaliyyәt göstәrir.

Tәhsil:

2004-2008    Xarici Dillәr Universiteti

  

Şirkәt Heyәti - NӘZRİN QAFARLI

 

 NӘZRİN QAFARLI 

HR Asisstent

Nәzrin Qafarlı  iş fәaliyyәtinә 2012-ci ildәn etibarәn GDG Professionals şirkәtindә HR Asisstent olaraq başlamışdır.  O, kadrların idarә edilmәsi sahәsindә ilk addımlarını atır vә bu sahәdә tәcrübәni  GDG Professionals kimi  peşәkar şirkәtdә әldә edә bildiyi üçün özünü xoşbәxt hesab edir.  N.Qafarlı GDG Professionals şirkәtinin  tәlimlәrindәn faydalanır, bilik vә bacarıq әldә edәrәk bu sahәdә özünü inkişaf etdirir.

Onun mәqsәdi bacarıqlarını tәkmillәşdirmәk vә GDG Professionals şirkәtinin әmәkdaşı kimi fәaliyyәtini müvәffәqiyyәtlә davam etdirmәklә şirkәtә dәyәr qatmaqdır. 

Tәhsil:

Malliyә-İqtisad Kolleci

 

 

 

 

Scroll to Top