İşçi Mәmnunluğu
"İşçi mәmnunluğu" sorğusu kifayәt qәdәr uzun tarixә malikdir vә onunla bağlı bir çox nәzәriyyәlәr işlәnib hazırlanmış vә tәdqiqatlar aparılmışdır. Bu baxımdam işçi mәmnunluğu sorğuları vә әlaqәli mövzular kadrların idarә edilmәsi sahәsindә mәrkәzi sahәlәrdәn biri hesab edilir.
GDG Professionals-ın tәrtib etdiyi "İşçi mәmnunluğu" sorğusu işçilәri әhatә edәn iş mühiti vә mәdәniyyәti barәdә onların düşüncә vә tәcrübәlәri ilә bağlı işәgötürәni mәlumatlandırmaq üçün işçilәr tәrәfindәn cavablandırılan sualları әhatә edir. Sorğumuz, adәtәn, hәm işçilәrin onları әhatә edәn iş mühitinin konkret bir aspektini qiymәtlәndirmәlәri üçün verilәn sualları, hәm dә onların mövqelәrini bildirmәlәri üçün istәnilәn açıq sualları әhatә edir.
"İşçi mәmnunluğu" asan olmayan mövzudur, çünki, işçilәr onları mәmnun edәn istәk vә mövqelәrindә bir çox fәrqliliklәrә malikdirlәr. Bu gün dünyanı pulun idarә etmәsi kimi fikirlәrin, düşüncәlәrin dominantlıq etmәyinә baxmayaraq, insanlara onların nәyә dәyәr verdiyini vә onları işdә nәyin hәvәslәndirdiyi sualını verәrkәn pul әksәr hallarda qeyd edilәn ilk vә әn qiymәtli motivator rolunu oynamır. Mәhz buna görә belә ehtimal etmәk olar ki, şirkәtlәrә işçilәrini mәmnun vә motivә etmәk üçün yalnız әmәk haqqı artımı kifayәt etmir. Bundan әlavә, mürәkkәb maliyyә durumu sәbәbindәn rәhbәrlәr hәtta bәzәn işçilәrini mәmnun etmәk vә işә hәvәslәndirmәk üçün qeyri-maddi metodlar axtarmaq mәcburiyyәtindә qalırlar.
Geniş tәdqiqat vә tәcrübәsinә әsaslanan GDG Professionals şirkәti işçi mәmnunluğunun qiymәtlәndirilmәsi prosesi boyu müştәrilәrini tәlimatlandırır vә sorğunun keçirilmәsi zamanı tәkrarlanan sәhvlәrdәn çәkindirәrәk uğurlu tәcrübәdәn istifadә etmәk üzrә mәslәhәtlәr verir.