Autsorsinq
Autorsinq müәyyәn xәrclәrdәn azad olmaq üçün dünya şirkәtlәrinin geniş istifadә etdiyi bir xidmәtdir. Bu zaman şirkәtlәr hәr hansı bir daxili xidmәti icra etmәk üçün hәmin xidmәt üzrә formalaşmış kәnar şirkәtlәrә/mütәxәssislәrә müraciәt edirlәr. GDG Professionals şirkәti dә autsorsinq sahәsindә göstәrdiyi yüksәk xidmәt sayәsindә müştәri şirkәtlәrin sayını artırmaqdadır. Buna sәbәb GDG Professionals tәrәfindәn hәyata keçirilәn autsorsinq xidmәtlәrinin daha effektiv vә peşәkar mütәxәssislәr tәrәfindәn xüsusi üsul vә vasitәlәrin tәtbiq edilmәsi ilә hәyata keçirilmәsidir.
Bütün hallarda autsorsinq xidmәtinin uğuru üç amildәn asılıdır:
- Autsorsinq xidmәtinә şirkәtin rәhbәrliyi sәviyyәdә dәstәk;
- Әlaqәli işçilәrlә geniş ünsiyyәt;
- Müştәrilәrin öz xidmәt tәminatçılarını idarәetmә qabiliyyәtlәri.
GDG Professionals-ın autsorsinq mütәxәssislәri hәr iki tәrәfi mәmnun edәcәk qabiliyyәtә malik olmaqla yanaşı, eyni zamanda, danışıqlar, ünsiyyәt, layihә idarәetmәsi, müqavilәlәrin, xidmәti razılaşmaların tәlәb vә şәrtlәrini anlamaq vә biznes dәyişikliklәrinә uyğunlaşmaq kimi keyfiyyәtlәri özlәrindә birlәşdirirlәr.