HR Autsorsinq
GDG Professionals şirkәtlәrә işәgötürәn qismindә öz öhdәliklәrini lazımi sәviyyәdә yerinә yetirmәlәrini tәmin etmәlәri üçün HR autsors xidmәtini tәklif edir. Müştәrinin biznes ehtiyaclarına müvafiq olaraq şirkәtimiz bu ehtiyac vә tәlәblәri ödәyәcәk HR proqram işlәyib hazırlayır. Müştәrilәrin HR-ın tam vә ya müәyyәn bir hissәsinin autsorsunu sifariş etmәlәrindәn asılı olmayaraq, biz hәr zaman onları әlavә xәrclәrdәn azad etmәk, diqqәtlәrini yalnız bizneslәrinә yönәltmәlәrinә yardımçı olmaq vә riayәt etmәni tәmin etmәkdә vasitәçilik edirik. Müştәrilәrin starteji partnyorları olaraq, GDG Professionals autsors prosesinin әvvәlindәn sonuna qәdәr onlara yardımçı olur.
GDG Professionals iş yükünün öhdәsindәn gәlәrәk müştәrinin fәaliyyәtini idarә edilәcәk sәviyyәyә qaldırır. Biz müştәriyә uyğun, genişlәnә bilәn hәll yollarını tәklif edirik:
- Müştәrinin әrazisindә vә onun tәlәb etdiyi saatlar әrzindә hәr hәftә işlәyәcәk HR menecer
- Müştәrinin әrazisindә mәzuniyyәtdә olan işçilәri әvәz edәn vә ya gәrgin anlarda yardımçı olan әvәzçilik әsasında HR menecer vә ya mütәxәssis
- Müştәri şirkәtlәrә vakant vәzifәlәrin peşәkar namizәdlәrlә tutulmasında yardım edәcәk işәdüzәltmә üzrә mütәxәssislәr
- Xüsusi layihәlәri tamamlamaq mәqsәdi ilә HR menecer vә ya HR mütәxәssis
Şirkәtimiz peşәkar mәslәhәtçilәrә malikdir. HR mütәxәssislәrimiz işçilәrarası münasibәtlәr sahәsindә mükәmmәl biliyә, ümumi vә xüsusi tәcrübәyә sahibdirlәr. Biz müştәrilәrin ehtiyaclarına hәr zaman önәm vermәklә, onları fәaliyyәtimizin diqqәt mәrkәzinә çeviririk. Biz yerli işgüzar alәmin ehtiyaclarından xәbәrdar olmaqla, beynәlxaq standartlara müvafiq fәaliyyәt göstәrmәyә üstünlük veririk.
GDG Professionals-ın HR autsors xidmәtinin faydaları aşağıda sadalanmışdır:
- Müştәrilәrin HR әmәliyyatlarına yalnız daha sәmәrәli proses vә xidmәtlәr әlavә edib onları tәkmillәşdirmәklә deyil, hәmçinin, onların İnsan Kapitallarından daha çox fayda әldә etmәlәrini stimullaşdırmaq.
- Müştәrilәrin HR üzrә xәrclәrinin әsas hissәsinә qәnaәt etmәlәrinә yardımçı olmaq. Biz şirkәtlәrә gәlәcәkdә fәaliyyәt modellәrini vә işçi xidmәtlәrini tәkmillәşdirmәlәri üçün qәnaәt edilәn mәblәğin bir hissәsini yenidәn sәrmayә şәklindә istifadә etmәyә vasitәçilik edirik.
- GDG Professionals yeniliyin tәtbiqi vasitәsilә vә davamlı tәkmillәşmә prosesini tәmin edir. Müxtәlif sahәlәrdәn әldә etdiyimiz tәcrübәmiz hesabına biz, hәr bir xidmәt üzrә davamlı inkişafı/tәkmillәşmәni tәmin edirik. Şirkәtimiz xidmәt sәviyyәlәrinin tәkmillәşdirilmәsi, әmәliyyatlar üzrә xәrclәrin azaldılması vә işçilәrin iş yerindә saxlanılması sәviyyәsinin artırılması üzrә şirkәtlәrә xüsusi tәşәbbüs proqramları tәklif edir.
- Şirkәtimiz müştәrilәrә sәmәrәli, düzgün şәkildә qurulmuş vә davamlı olaraq tәkmillәşdirilәn prosedurları tәtbiq etmәlәrinә yardımçı olur. Biz biznes proseslәri, idarәetmә vә effektiv nәzarәt sistemimiz vasitәsi ilә müştәrilәrin әsas proseslәrini avtomatlaşdırır vә inteqrasiyanı sürәtlәndiririk.