Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

işgüzar hәyat

 

“Heç bir şey nәzakәt qәdәr ucuz başa gәlәn vә yüksәk qiymәtlәndirilәn deyil”. Servantes

İşgüzar hәyatın әn әsas faktoru insanlar arası normal münasibәtlәr qurmaq vә konfliktlәrdәn uzaq durmaq qabiliyyәtidir. Rokfeller bu barәdә belә deyir: “Mәn işçilәrimә mәhz insanlarla münasibәt qurmaq qabiliyyәtlәrinә görә bütün digәr qabiliyyәtlәrindәn yüksәk ödәniş etmәyә hazıram.” 

Menecerin ( elәcә dә digәr insanların) davranış tәrzi – özünü aparması, onu әhatә edәn insanlara münasibәti, nitqindә istifadә etdiyi ifadәlәri, sәs tonu, intonasiyası, yerişi, әl-qol hәrәkәtlәri, jestlәri vә mimikası onun haqqında fikir formalaşdırır.

İstәr işgüzar, istәrsә dә ictimai hәyatda tәvazökarlıq, tәmkin, özünü idarәetmә, insanlarla diqqәtlә vә әdәblә davranmaq müsbәt davranış tәrzlәri hesab edilir.

Ucadan danışmaq, әl-qol hәrәkәtindә, davranışda hәddәn artıq sәrbәstlik, geyimdә sәliqәsizlik, insanlara qarşı kobudluq, başqalarının maraqlarına vә istәklәrinә qarşı hörmәtsizlik, öz iradә vә istәklәrini digәr insanlara zorla qәbul etdirmәk, öz emosiyalarını idarә etmәmәk, insanların heysiyyәtini (qürurunu) tapdalamaq mәdәniyyәtdәn kәnar davranış tәrzi olaraq qәbul edilir. Menecer öz işçilәrinә bu fikirlәri tәlqin etmәli, öz idarәetmәsindә insanların bu cür davranışlarına qәtiyyәn yol vermәmәlidir. Öz davranışlarında Servantesin nәzakәt barәdә dediyi fikri әsas tutmaqla,  menecer vә onun tabeliyindәki insanlar hәm әtraflarında olan insanlar üçün, hәm dә  ümumilikdә cәmiyyәt üçün faydalı olar.

SALAMLAŞMA

Menecer biznes etiketә dair aşağıdakı qaydaları daim gözlәmәlidir:

  • Kabinetә daxil olan hәr bir ziyarәtçini ayağa qalxaraq, masa arxasından çıxaraq salamlamaq
  • Pencәyin yaxası açıq olduğu halda (oturaq vәziyyәtdә buna icazә verilir) salamlaşmaq üçün ayağa durarkәn pencәk düymәlәnmәli
  • Salamlaşmaq üçün әvvәlcә әlini otağın sahibi uzatmalı (yaş vә cins heç bir rol oynamır).
  • Qonağı qarşılayarkәn ona doğru salamlaşmaq üçün әli irәli uzadılmış addımlamamaq
  • Qonağa çatıb onunla  üzbәüz dayandıqdan sonra otaq sahibi әlini irәli uzatmalı
  • Vizit kartı alındıqdan sonra göz önü sәviyyәsinә qaldırılır 1-2 dәqiqә nәzәr salınmalı (oxunmalı)
  • Tәqdim olunmuş vizit kartını ilә söhbәt edәrkәn  masanın üzәrindә, hәrәkәt etdirmәk, onunla masanı astaca döyәclәmәk vә ya onu әldә oynatmaq vizit kartı sahibinә qarşı hörmәtsiz sayılır vә bu etikaya ziddir
  • Salamlaşmaq vә ya xudahafizlәşmәk üçün әl verәrkәn masa arxasında dayanıb әlin masa üzәrindәn uzadılması etik qaydalardan kәnardır.

 

TELEFONLAR

  • Ofis daxili vә digәr şırkәtlәrә zәnglәr edәrkәn 3 çağırış zәngindәn sonra dәstәk geriyә qoyulmalı
  • Mobil telefonlarda klassik telefon zәngi olmalı vә minimum sәs tonu saxlanılmalı
  • Telefonlardan yalnız işә aid lazımi informasiya almaq vә yığcam fikir mübadilәsi etmәk mәqsәdi ilә istifadә etmәk
  • İclaslarda telefonu sәssiz rejimә qoymaq

                 

                                            

 

 


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top