Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

“3 R“ ???

“3 R“

“Zamanında, uyğun vәzifәyә, layiqli işçi” prinsipi

İşә qәbul ilә әlaqәdar idarәetmә sahәsindә geniş yayılmış “Zamanında, uyğun vәzifәyә, layiqli işçi” (İngilis dilindә “3 R prinsipi”- right person, right time, right position) prinsipi ilә tanışlıq menecerin işçi seçimindә onun reallıqdan çıxış etmәsinә dәstәk olar.  İnkişaf etmiş ölkәlәrdә idarәetmә siyasәtini peşәkar әsasda qurmağı qarşısına mәqsәd qoymuş tәşkilat vә şirkәtlәrdә bu prinsip daim gözlәnilir. Prinsip belә izah olunur:

  • vәzifә vaxtında tutulmalıdır;
  • vәzifәyә ona uyğun şәxs tәyin olunmalıdır;
  • әmәkdaş öz bilik, bacarıq sәviyyәsinә vә şәxsi keyfiyyәtlәrinә uyğun vәzifәyә tәyin olunmalıdır.

 

Tәşkilatlar vә şirkәtlәr işçi seçimindә müәyyәn yanlışlıqlara yol verirlәr ki, bu mәhz 3 R prinsipinin әsas götürülmәsinin nәticәsidir. Belә ki, bәzәn namizәdә qarşı qoyulan tәlәblәr reallıqdan uzaq olur: bu tәlәblәr vәzifәnin tәlәb etdiyindәn ya yüksәk, ya da әksinә, aşağı olur. Hәr bir tәşkilatın yüksәk sәviyyәli vә tәcrübәli mütәxәssis işә götürmәk istәyi tәbiidir. Lakin unudulmamalıdır ki, real olmayan tәlәblәrin qoyulması namizәdlәr arasından uyğun namizәdin seçilmәsini xeyli çәtinlәşdirir.

Bu mәrhәlәdә digәr mühüm amillәrdәn biri dә odur ki, yüksәk sәviyyәli vә tәcrübәli mütәxәssis öz bilik vә savadını tәyin edildiyi vәzifәdә istifadә etmәdiyi, onların istifadәsinә ehtiyac olmadığını hiss etdiyi vә bacarıqlarını (mövcud vә potensial) realizә edә bilmәdiyi halda, onun işә marağı vә hәvәsi sönür. Nәticәdә işçinin biliyi, bacarığı, potensial imkanları vәzifәnin tәlәb etdiyindәn yüksәk olduğu üçun o, hәmin işdә uzun müddәt qalıb işlәmәk istәmir, öz potensial imkanlarını realizә edә bilәcәyi yeni bir iş axtarmağa başlayır. Bu da artıq müәyyәn tәcrübәsi, bacarığı olan, hәmçinin, yüksәk sәviyyәli kadrların tәşkilatdan axınına sәbәb olur. Tәlәblәrin vәzifәnin tәlәbatından aşağı qoyulması da eyni dәrәcәdә tәhlükәlidir. Belәliklә, namizәddәn tәlәb olunan, gözlәnilәn fәrdi xüsusiyyәtlәrin sәviyyәsi vakant vәzifәnin tәlәbatları ilә üst-üstә düşmәli vә ya maksimum dәrәcәdә uyğun gәlmәlidir.

Uyğun namizәd layiq olduğu vәzifәyә vaxtında, öz zamanında tәyin edilmәlidir. Öz zamanından tez vә ya gec tәyinat, yәni vәzifәnin tәlәb olunan zamanda, vaxtında tutulmaması son nәticәdә iş prosesindә problemlәrin yaranması ilә nәticәlәnir. Mәsәlәn, vәzifәyә vaxtında tutulmadıqda, vәzifә üzrә funksiyalar sәlahiyyәtlәr digәr әmәkdaşlara hәvalә edilir vә bu artıq bu axar ilә davam edir.  Yeni tәyin olunmuş işçi işә başladıqda öz vәzifә funksiyalarını vә sәlahiyyәtlәrini geriyә öz üzәrinә götürmәsi zaman götürür vә o çәtinliklәrlә üzlәşir. Vә ya әksinә vәzifә ümumiyyәtlә vaxtından tez açılmışsa, yenә dә oraya tәyin olunan işçi hәmin tәşkilata, şirkәtә heç bir dәyәr qata bilmәyәcәkdir.

Bu prinsipin mәzmunca analoqu olan digәr geniş yayılmış bir prinsip “Vәzifәnin işçiyә uyğunlaşması vә işçinin vәzifәyә uyğunlaşması” adlanır. Bu prinsipә görә dә vәzifәnin tәlәbatları ilә işçinin bacarıq vә keyfiyyәtlәri bir-birini tamamlamalıdır. Belә ki, işçidә müәyyәn yüksәk keyfiyyәtlәr ola bilәr, lakin onlar vәzifәnin tәlәbatları ilә heç uyğun olmaya bilәr. Vәzifәnin tәlәbatları işçinin bacarıq vә keyfiyyәtlәri üçün böyük ola bilәr vә ya әksinә işçinin bacarıq vә keyfiyyәtlәri vәzifәnin tәlәb etdiyindәn çox böyük ola bilәr. Belә olan halda hәr iki vәziyyәtdә uyğunsuzluq yaranır. İşçinin bacarıq vә keyfiyyәtlәri vәzifәnin tәlәb etdiyindәn böyük olduğu halda, (3 R prinsipindә olduğu kimi ) o, işdә uzun müddәt qalmır. İş ona maraqsız görünür vә o işi tәrk edir.

Qeyd edilәn fikirlәri nәzәrә alıb onlara müvafiq davranmaqla tәşkilatda, şirkәtdә işә qәbul prosesini maksimum sәmәrәli hәyata keçirmәk olar.


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top