"İdarәetmә"
GDG Professionals “İdarәetmә” tәlimindә menecerlәrin işçilәri yüksәk, qeyri-adi nәticәlәr әldә etmәlәri istiqamәtindә hәvәslәndirmәlәri üçün yanaşmaları, üsulları tәqdim edir. Bu tәlimdә iştirakçılar dәyәrlәri fәaliyyәtә, maneәlәri yeniliklәrә, fәrqliliklәri hәmrәyliyә vә risklәri mükafatlara çevirmәk tәcrübәlәri ilә tanış olacaqlar. İmkanların müvәffәqiyyәtә çevirildiyi sağlam mühitin formalaşdırılması tәlim zamanı müzakirә edilәn mövzulardandır.
Özәl vә ya dövlәt sektorunda işlәmәyinizdәn, işçi vә ya könüllü, tәlәbә vә ya valideyn olmağınızdan asılı olmayaraq, GDG Professionals İdarәetmә tәlimini digәr işçilәri inkişaf etdirmәk üzrә imkanlarınızı tәkmillәşdirmәk üçün işlәyib hazırlamışdır.
Tәlimin mәqsәdlәri
“İdarәetmә” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmәk imkanı qazanacaqlar:
-
İdarәetmә
- Hәdәflәr üzrә idarәetmә
- İdarәetmә üsulları
- Liderin/rәhbәrin hәyat mövqeyi
- Fәrdin/tәşkilatın inkişafında liderin/rәhbәrin rolu
- Motivasiya: menecerlәr vә işçilәr
- Komandaqurma. Müsbәt asılılıq mühiti
- Qәrarvermә
- İşin hәvalә edilmәsi
Tәlimdәn kim bәhrәlәnәcәk
Peşәkar idarәçi olmaqda, bu sahәdә öz bilik vә bacarıqlarını tәkmillәşdirmәk vә öz idarәetmә üslubu vә tәrzi ilә şirkәtә dәyәr qataraq onu hәdәflәrinә yaxınlaşdırmaqda maraqlı olan istәnilәn şәxs.
Tәtbiq edilәn metod
GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.
Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.
Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.
Tәlimin müddәti: 3 gün
Başlanma saatı: 9:00
1.Fasilә : 10:00-10:15
2.Fasilә : 11:30-11:45
Bitmә saatı: 13:00
Korporativ sifarişlәr olduğu tәqdirdә tәlimin vaxtı sifarışçinin istәyi әsasında günün ikinci hissәsinә razılaşdırıla bilәr.
Tәlimin keçirilmә ünvanı
GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis
Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)
yazıl
0 Şәrh
Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.
Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.