"Fәaliyyәtin qiymәtlәndirilmәsi"
Az işçi sayı olan, kiçik sahibkarlıq fәaliyyәti ilә mәşğul olan şirkәtlәrdә hansı әmәkdaşın şirkәt hәdәflәrinә nail olaraq yaxşı nәticә göstәrdiyini vә ya әksinә kimin bu nәticәlәri әldә edә bilmәdiyini müәyyәn etmәk çәtin deyildir. Şirkәtin fәaliyyәt sahәsinin genişlәndiyi vә işçi sayının kifayәt qәdәr artdığı halda, şirkәtin gәlirliliyinә kimin vә nә qәdәr fayda qatdığını, kimin qoyulmuş hәdәflәrә nail olmaq üçün kifayәt qәdәr bilik vә bacarıqlara malik olmadığını vә kimin tamamilә gözlәntilәri doğrultmadığını müәyyәnlәşdirmәk üçün fәaliyyәtin qiymәtlәndirilmәsi üzrә mükәmmәl bir sistemә ehtiyac yaranır. GDG Professionals şirkәti tәrәfindәn tәqdim edilәn "Fәaliyyәtin qiymәtlәndirilmәsi" tәlimi hәdәflәrin müәyyәn edilmәsi, mütәmadi geriyә mәlumat vermәk, tәlim ehtiyaclarını müәyyәn etmәk, işçilәrin vәzifә yüksәlişlәrini, karyera inkişaflarını tәmin etmәklә әmәkdaşın vә tәşkilati fәaliyyәtin inkişafını dәstәklәyәn sistem yaratmaq mәqsәdi ilә işlәnib hazırlanmışdır.
Tәlimin mәqsәdlәri
“Fәaliyyәtin qiymәtlәndirilmәsi” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmәk imkanı qazanacaqlar:
- Fәaliyyәtin qiymәtlәndirilmәsi prosesinin tarixi barәdә mәlumat
- Qiymәtlәndirmәnin növlәri, mәqsәd vә hәdәflәri barәdә mәlumat
- SMART standartlarına müvafiq hәdәflәrә әmәl etmәyin vacibliyini bilmәk
- Qiymәtlәndirmәyә hazırlıq vә onun müvәffәqiyyәtlә keçirilmәsi üsulları
- qiymәtlәndirilәn ilә qiymәtlәndirmәni müzakirә etmәyi bacarmaq
- Qiymәtlәndirmәdә konstruktiv geriyә mәlumatı tәmin etmәk
- Qiymәtlәndirmә prosesindә HR-ın sәlahiyyәt vә rolu barәdә mәlumat
- Fәaliyyәtin Qiymәtlәndirilmәsi prosesinin faydalarını bilmәk
Tәlimdәn kim bәhrәlәnәcәk
Qarşısına qoyulmuş illik/yarım illik hәdәflәrә nail olmağı özünә mәqsәd qoyan istәnilәn şәxs/şirkәt.
Tәtbiq edilәn metod
GDG Professionals tәlim materialının iştirakçıların yaddaşlarında daha yaxşı qalması vә bununla da iş proseslәrindә әks etdirmәklә şirkәtlәrinә dәyәr qatmaları üçün ünikal yanaşma vә peşәkar metodlardan istifadә edir.
Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn, iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.
Tәlimdә tәtbiq edilәn metodlar (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) interaktiv olmaqla iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.
Tәlimin müddәti: 2 gün
Başlanma saatı: 9:00
Fasilә 1: 10:00-10:15
Fasilә 2: 11:30-11:45
Bitmә saatı: 13:00
Korporativ sifarişlәr olduğu halda vaxt razılaşdırıla bilәr
Tәlimin keçirilmә ünvanı
GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis
Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)
yazıl
0 Şәrh
Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.
Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.