"İşә qәbul vә müsahibә"
Hәr bir şirkәtin әn vacib dәyәrinin onun insanları olduğu mәlum faktdır. Çox saylı namizәdlәr arasından işә şirkәtә dәyәr qata bilәcәk, vәzifәyә uyğun şәxsin seçilmәsi müsahibә aparanın peşәkarlığından asılıdır. GDG Professionals şirkәti tәrәfindәn tәqdim edilәn "İşә qәbul vә müsahibә" tәlimindә iştirak etmәklә siz müsahibәnin aparılaması haqda peşәkar mәlumat әldә edәcәk, namizәdlәrin vücud dilini, sәtraltı gizli mesajları ”oxumaq” bacarığına yiyәlәnәcәk, müsahibәnin psixoloji tәrәflәri ilә vә peşәkar seçim etmәk üçün zәruri olan digәr biliklәrlә tanış olacaqsınız.
"İşә qәbul vә müsahibә" tәlimi işә qәbul prosesi, prosedur zamanı tәlәb olunan bütün formalar, vәzifәnin tәhlili vә vәzifә tәlimatı, 3R prinsipi, işә qәbul zamanı yol verilәn ümumi sәhvlәr vә onların nәticәsi barәdә mövzuları geniş әhatә edir.
Tәlimin mәqsәdlәri:
“İşә qәbul vә müsahibә” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmә imkanı qazanacaqlar:
- Müsahibәyә hazırlıq
- Strukturlu müsahibәyә malik olmaq
- Müsahibәnin növlәri
- Müsahibә zamanı ünsiyyәt (sәs, vücud dili, sözlәr)
- Namizәdlәrin tiplәrini müәyyәn etmәk bacarığı
- Qadağan olunan müsahibә sualları
- Müsahibә zamanı subyektivliyi minumuma endirmәk bacarığı
- Müsahibә suallarının növlәri
- İşә qәbul vә hedhantinq arasındakı fәrq
- Yeni işçinin istiqamәtlәndirilmәsi/tәlimatlandırılması (oriyentasiya proqramları)
Tәlimdәn kim bәhrәlәnәcәk
Müsahibә etmәk qabiliyyәti vә “İşә qәbul” qaydaları haqqında düzgün vә dolğun biliklәr әldә etmәk istәyәn istәnilәn şәxs.
Tәtbiq edilәn metod
GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.
Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.
Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.
Tәlimin müddәti: 3 gün
Başlanma saatı: 9:00
1.Fasilә : 10:00-10:15
2.Fasilә : 11:30-11:45
Bitmә saatı: 13:00
Korporativ sifarişlәr olduğu tәqdirdә tәlimin vaxtı sifarışçinin istәyi әsasında günün ikinci hissәsinә razılaşdırıla bilәr.
Tәlimin keçirilmә ünvanı
GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis
Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)
yazıl
0 Şәrh
Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.
Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.