"Peşәkar katibә/şәxsi kömәkçi"
“Peşәkar katibә/şәxsi kömәkçi” tәlimi idarәetmә heyәtinin dәyәrli üzvlәri sayılan katibәlәr, şәxsi kömәkçilәr vә icraçı katibәlәr üçün tәşkil olunur. Tәlim icraçı katibәlәrin müvәffәqiyyәtli fәaliyyәt üçün yalnız texniki katiblik bacarıqlarına әsaslanmalı olduqları deyil, o cümlәdәn şirkәtin mәqsәdlәri, strategiyası vә korporativ mәdәniyyәtibarәdә mәlumata malik olmalı olduqları fikri üzәrindә qurulmuşdur.
Tәlimin mәqsәdlәri
“Peşәkar katibәlik (xidmәt)” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmәk imkanı qazanacaqlar:
- Tәşkilati dәyәrlәr
- Planlama
- Ünsiyyәt
- Geriyә mәlumatın qәbulu
- Vaxtın idarә oluunması
- Stresin idarә olunması
Tәlimdәn kim bәhrәlәnәcәk
İş mühitindә tәdbiq edilә bilәcәk peşәkar katibәlik haqqında mühim biliklәrә yiyәlәnmәk istәyәn istәnilәn şәxs.
Tәtbiq edilәn metod
GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.
Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn, iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.
Tәlimdә tәtbiq edilәn metodlar (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) interaktiv olmaqla iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.
Tәlimin müddәti: 2 gün
Başlanma saatı: 9:00
Fasilә 1: 10:00-10:15
Fasilә 2: 11:30-11:45
Bitmә saatı: 13:00
Korporativ sifarişlәr olduğu halda vaxt razılaşdırıla bilәr
Tәlimin keçirilmә ünvanı
GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis
Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)
yazıl
0 Şәrh
Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.
Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.