Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

"Danışıqlar"


Tәlimlәr - Danışıqlar

İstәr peşәkar, istәrsә dә, şәxsi hәyatımızda biz vaxtımızın çox hissәsini danışıqlara sәrf edirik. Peşәkar hәyatda danışıqlar müştәri vә şәriklәr, satıcı vә tәdarükçülәr, rәhbәr vә hәmkarlar, işçi vә işәgötürәnlәr arasında baş verir. Sirr deyil ki, müvәffәqiyyәtli sahibkarların, idarәçilәrin  әksәriyyәti mәhz gözәl danışıqlar aparma qabiliyyәtinә malik olan insanlardır. Müvәffәqiyyәtli danışıqlar üçün müәyyәn vasitә, metod vә bilik tәlәb olunur ki, bunu da GDG Professionalsın tәklif etdiyi tәlimdә iştirak etmәklә әldә etmәk mümkündür.

 

Tәlimin mәqsәdlәri

 “Danışıqlar aparma” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmәk imkanı qazanacaqlar:

  •          Danışıqların aparılma mәrhәlәlәri vә hәr bir mәrhәlәyә müvafiq davranış qaydaları
  •          Danışıqlara hazırlığın әsasları
  •          Danışıqlar zamanı maneәlәri görmәk vә onları aradan qaldıra bilmәk
  •          BATNA (razılaşma üzrә әn yaxşı alternativ) hazırlamaq 
  •          Danışıqlar zamanı tәrәf müqabilinin vә elәcә dә özünün danışıq aparma tәrzinin müәyyәn edә bilmәk
  •          Öz danışıq aparma tәrzinin lazım olduqda digәr tәrәfin danışıq tәrzinә uyğunlaşdırmaq
  •          Danışıqlarda NLP-dәn istifadә etmәk
  •          Danışıqlar zamanı emosiyaları idarә edә bilmәk
  •          Danışıqlar vasitәsilә qiymәt endirimi әldә etmәyi bacarmaq

 

Tәlimdәn kim bәhrәlәnәcәk

Danışıqları peşәkar aparma bacarığına malik olmaqda vә gözlәnilәn nәticәlәri әldә etmәkdә maraqlı olan hәr kәs.

 

Tәtbiq edilәn metod

GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.

Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.

Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.

 

Tәlimin müddәti: 4 gün

Başlanma saatı: 9:00

1.Fasilә : 10:00-10:15

2.Fasilә : 11:30-11:45

Bitmә saatı: 13:00

Korporativ sifarişlәr olduğu tәqdirdә tәlimin vaxtı sifarışçinin istәyi әsasında günün ikinci hissәsinә razılaşdırıla bilәr.

 

Tәlimin keçirilmә ünvanı

GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis


Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Tәlimә yazılmaq

Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top