"Әsas diqqәt әsas şeylәrә"
Tәlim barәdә ümumi mәlumat
Vaxtı düzgün vә sәmәrәli istifadә edәnlәr hәm şәxsi, hәm dә peşәkar hәyatlarında yüksәk nailiyyәtlәr әldә edәn insanlardır. Mәqsәdlәrimizә nail olmağımız, müddәtlәrә riayәt etmәyimiz, rahat yaşamağımız vә ümumiyyәtlә özümüzlә harmoniyada olmağımız üçün vaxtın düzgün idarә edilmәsi müstәsna әhәmiyyәtә malikdir.
Tәlimin mәqsәdlәri
“Әsas diqqәt әsas şeylәrә” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә edәcәklәr:
- Sәmәrәli planlamanın әhәmiyyәtini anlamaq vә planlamanı peşәkar sәviyyәdә etmәk
- Şәxsi tәşkilatlanmanın, pozitiv düşüncә vә onun tәtbiqinin üstünlüklәrini anlamaq
- Vacib vә tәcili işlәr arasında prioriteti müәyyәn etmәk
- SMART hәdәflәr müәyyәn etmәk üsullarını öyrәnmәk vә müvafiq fәaliyyәt planı hazırlamaq
- Vaxtın idarә edilmәsinә biganәliyin nәticәsinin fәrqindә olmaq
- Özlәri üçün әn azı әlavә bir saat әldә etmәyi/qazanmağı öyrәnmәk
Tәlimdәn kim bәhrәlәnәcәk
Vaxtın düzgün idarә edilmәsindә maraqlı olan, mәqsәdlәri olan vә onlara nail olmağı hәfәlәyәn vә mәnalı hәyat yaşamağı istәyәn istәnilәn şәxs.
Tәtbiq edilәn metod
GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.
Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.
Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.
Tәlimin müddәti: 3 gün
Başlanma saatı: 9:00
1.Fasilә : 10:00-10:15
2.Fasilә : 11:30-11:45
Bitmә saatı: 13:00
Korporativ sifarişlәr olduğu tәqdirdә tәlimin vaxtı sifarişçinin istәyi әsasında günün ikinci hissәsinә razılaşdırıla bilәr.
Tәlimin keçirilmә ünvanı
GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis
Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)
yazıl
8 Şәrh
Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.
Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.
Hikmat
May 09, 2013 @ 04:54
Salam. Təlimlər ödənişlidir?
GDG Professionals
May 13, 2013 @ 09:45
Salam Hikmət, Təlimlərimiz ödənişlidir. Təşəkkür edirik!
Aygul Memmedova
Sentyabr 22, 2013 @ 14:47
odenish haqqinda teferruatli melumati z.o. yollayardiniz. Teshekkurler
GDG Professionals
Sentyabr 24, 2013 @ 05:18
Salam, Aygül xanım. Elektron ünvanınıza təlim siyahımız göndəriləcək. Bütün təlimlərimizin ödənişləri haqqında ətraflı məlumatı oradan əldə edə bilərsiniz. Təşəkkür edirik!
Elcan Tagiyev
Oktyabr 29, 2013 @ 12:26
Bütün təlimlərimizin ödənişləri haqqında ətraflı məlumatı zəhmət olmasa mənədə göndərin
GDG Professionals
Noyabr 13, 2013 @ 06:17
Salam, Elxan. Təlim siyahımızı sizin elektron ünvanınıza göndərə bilərik. Təşəkkür edirik!
Sənubər Qurbanlı
Noyabr 01, 2013 @ 11:01
Salam,zehmet olmasa telim siyahizi qiymetlerle birge gondere bilersizmi?
GDG Professionals
Noyabr 13, 2013 @ 06:21
Salam, Sənubər xanım. Təlim siyahımızı sizin elektron ünvanınıza göndərəcəyik.