Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Bilmәk tәtbiq etmәkdir!

 

İnsanlar çox zaman müәyyәn әdәbiyyatlarda oxuduqlarının vә tәlimlәrdә eşitdiklәrinin onlar üçün yenilik olmadığını, bunları bildiklәrini, bu barәdә az vә ya çox mәlumatlı olduqlarını söylәyirlәr.    Әslindә onlar haqlıdırlar.  Onlar bәzәn mövzu әtrafında tәlimçidәn daha mәlumatlı ola bilәr.  Lakin onlar “bildiklәrini” demәk olar ki, heç tәtbiq etmәdiklәrini vә ya nadir hallarda etdiklәrini etiraf edirlәr.  Sizcә buna sәbәb nәdir?  Niyә insanlar çox şeylәrin necә edilmәli olduğu barәdә nәzәri biliklәrә malik olduqları halda onu deyil, daha başqa – adәt etdiklәri yanaşmanı tәtbiq edirlәr?  Mәsәlәn: 

  • Müştәri xidmәtindә çalışan çox әmәkdaşlar müştәri xidmәti qaydalarının әksәriyyәtini bilir, lakin bunun yarısına әmәl etmir.  Niyә?
  • Әksәr satışçılar satış qaydaları barәdә saysız-hesabsız tәlimlәr alır, lakin satışların sәviyyәsi artmır. Niyә?
  • Hәr kәs time-management barәdә az-çox mәlumatlıdır.  Amma öz hәyatlarina gәldikdә az sayda insanlar bunu düzgün tәdbiq etmәklә hәyatlarına dәyәr qata bilir.
  • Sәbәb nәdir?

 

Bәlkә ona görә ki:

  • Dәyişә bilәcәyimizdәn qorxuruq?
  • Dәyişә bilәcәyimizә inanmırıq?
  • Digәrlәrinin bizim dәyişikliyimizi qiymәtlәndirmәsindәn utanırıq?
  • Tәnbәllik edirik?
  • Dәyişikliyin özü bizi qorxudur?
  • Ümumiyyәtlә indiyәdәk yaşadığımız tәrzdәn çıxmağa hazır deyilik?
  • Bәlkә beynimizi komfort zonadan çıxarmaq istәmirik?

 

Cavablar - daha doğrusu sәbәblәrin müzakirәsi yeni mövzumuz olacaqdir.

 Bilmәk barәdә isә fikrimiz belәdir ki, bir mövzu barәdә xәbәrdar vә ya mәlumatlı olmaq onu bilmәk anlamına gәlmir.  Bilmәk tәtbiq etmәkdir! 


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top