Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

İş müsahibәsi üzrә suallar

 

 Namizәdi tanimaq mәqsәdi daşiyan ümumi suallar

  1. Nәyә görә .......universitetin .......fakultәsini seçdiniz? Yenidәn tәhsil seçimi etsәydiniz yenә hәmin seçimi edәrdinizmi?
  2. Universitet (treyninqlәr) sizә gәlәcәk ixtisasınız üzrә kifayәt qәdәr nәzәri biliklәr verdimi?
  3. Universitetdә/iş yerinizdә qürur duyduğunuz,  fәxr etdiyiniz  nailiyyәtiniz barәdә danışın.
  4. Universitet   qiymәtlәrinizdәn   nә   qәdәr   razısınız? Qiymәtlәrinizin   yaxşı/әla olmamasını necә izah edәrsiniz?
  5. Xarakterinizdә 5 әn güclü xüsusiyyәti sadalaya bilәrsinizmi?
  6. Siz faktlarla/rәqәmlәrlә yoxsa insanlarla işiәmәyi sevirsiniz?
  7. Zәif cәhәtlәriniz haqda fikirlәşirsinizmi?
  8. Mövcud   vәzifә   sәlahiyyәtiniz   vә   mәsuliyyәtlәriniz   haqda    mәlumat   verә bilәrsinizmi?
  9. Son işinizdәn әldә etdiyiniz vә gәlәcәkdә dә bәhrәli olacağına әmin olduğunuz tәcrübә barәdә danışın.
  10. İşdәn nә üçün çıxmaq istәyirsiniz? Bundan әvvәlki işlәrinizdәn nә sәbәbә görә çıxdınız?
  11. Nәyә görә mәhz bizim tәşkilatda işlәmәk istәyirsiniz?
  12. Bizim tәşkilat haqqında hansı mәlumata maliksiniz?
  13. Sizә zövq vermәsi üçün iş hansı xüsusiyyәtlәri özündә cәmlәşdirmәlidir?
  14. 3-5 il әrzindә özünüzü harada vә hansı vәzifәdә görmәk istәyirsiniz?
  15. Sizin üçün işdә stimul (ruhlandırma/motivasiya) ola bilәcәk 5 faktoru sadalayın.

  Ünsiyyәt

Fikir, rәy vә hislәri şifahi nitq, yazışmalar vә hәrәkәtlәr vasitәsilә ifadә etmәk qabiliyyәtidir. Müsahibә zamanı namizәdin sәs tonu, nitqi, leksikonu (söz bazası) üzününn ifadәsi vә hәrәkәtlәri/cestlәri dә müşahidә olunmalı vә qiymәtlәndirmәdә müvaviq bölmәdә öz әksini tapmalıdır.

  • İnsanlarla ünsüyyәtdә hansı müxtәlif yanaşma üsullarından istifadә edirsiniz?
  • Özünüzü ünsiyyәtcil hesab edirsinizmi?
  • Nә cür adamlar ilә dil tapmaq, ünsiyyәt qurmaq sizә çәtinlik yaradır?
  • Sizin çox düzgün olan fikiriniz qrup tәrәfindәn qәbul olunmursa, bu mәsәlәni necә hәll edәrsiniz?
  • Sizcә insan ünsiyyәt ilә әlaqәdar problemlәrlә üzlәşә bilәrmi?
  • Hansı adamlarla «sizin sәbriniz tükәnәr»?

  Özünәinam

Öz qüvvәsinә, bacarığına, savadına vә tәcrübәsinә inamlıdır, arxayındır, müstәqil hәrәkәt edә, işlәyә bilir, hәmişә axtarışdadır vә başqalarını da bu sәmtә yönәldir, ruhlandırır.

  • Karyeranıza aid, ona tәsir edәcәk qәrarları necә verirsiniz?
  • Qarşınıza qoyduğunuz mәqsәdә çatmaq üçün ümumi (standart) qaydalar әleyhinә getdiyiniz ( hәrәkәt etdiyiniz) hal oldumu?
  • Tәbiәtiniz etibarı ilә özünüzü rәqabәtcil sayırsınızmı?
  • İşdә gәrginlik/tәzyiq altında işlәmәyә münasibәtiniz necәdir?

  Analitik düşünmә/Tәhlil etmә    

Hadisәlәr, faktlar, rәqәmlәr arasındakı әlaqәlәrin bütün ehtimallarını nәzәrә alıb, hәqiqi dәlillәrdәn çıxış edәrәk mәsәlәni/problemi üzә çıxarmaq, izah etmәk vә hadisәlәr, faktlar, rәqәmtәr arasındakı әlaqәlәri göstәrәrәk mәntiqli vә obyektiv hәll yolu tapmaq qabiliyyәtidir. Mәntiqli tәhliletmә bacarığı bәzi hadisәlәri qabaqcadan görmәk qabiliyyәti, yarana­caq problemlәrin qarşısını ala bilmәk vә mәsәlәni, hadisәni düzgün isti­qamәtlәndirә bilmәkdir.

  •  Baş vermiş bir hadisәnin müdirlәrinizdәn/iş yoldaşlarınızdan әvvәl baş verә bilәcәyini hiss etdiyiniz hal olubmu? Necә hәrәkәt etdiniz? Nәticәsi nә oldu?
  • Sizin üçün çәtinük yarada bilәcәk vә baş verә bilmә ehtimalı yüksәk olan hadisәlәri әvvәldәn görә büәrsinizmi? Hәr hansı bir nümunә gәtirә bilәrsinizmi?
    • Son bir ildә gördüyünüz әn mürәkkәb, çәtin iş haqqmda danışın. Nәyә görә çәtin olduğu fikrindәsiniz? Sizin fikrinizcә nә qәdәr fәaldınız? Nәticәsi nә oldu?

  Problemi hәlletmә/Qәrarvermә

Problemlәr qarşısında özünü İtirmәmәk, problemin sәbәbini – kökünü müәyyәn etmәk, mәlumatlar/faktlar әsasmda düzgün mühakimә yürütmәk, onun hәllinә obyektiv yanaşaraq hәmin problemi hәll etmәk vә düzgün qәrar verә bilmәk qabiliyyәtidir:

  • İndiki işinizin hansı xüsussiyyәti sizdәn qәrar vermәyi tәlәb edir? Nümunә gәtirә bilәrsinizmi?
  • Müdiriyyәt/iş yoldaşlarınızla üzlәşdiyiniz bir problem haqqında danışın. Problemi necә hәll etdiniz?
  • Bütün iş yerlәrindә çәtin adlandırılan işçilәr var ki, bunlarla bir yerdә işlәmәk çox adamlar üçün çәtin olur. Belә insanlarla olan tәcrübәniz barәdә danışa bilәrsiniz? Nәyә görә o adam çәtin hesab olunurdu? Mәsәlәni necә hәll etdiniz?
  • Son iş yerindә verdiyiniz 2 mühüm qәrar haqqında danışın. Nә üçün onların mühüm olduğunu düşünürsünüz? Nәticәsi necә oldu?
  • Rәhbәrlik tәrәfindәn sizә haqqında kifayәt qәdәr mәlumatınız olmadığı bir tapşırıq verilәrsә, siz necә hәrәkәt edәrsiniz? Rastlaşdığınız bir hadisәni danışın.

  Yaradıcılıq/Tәşәbbüskarlıq

Mәsәlәlәrin hәlli vә icrası üçün yeni fikirlәr/tәkliflәr vermәk, onları hәyata keçirә bilmәk, işlәri görәrkәn tәşәbbüskarlıq göstәrmәk, gündәltk işdәn әlavә işlәr görmәyә tәşәbbüs göstәrmәk qabiliyyәtidir.

  • İş (tәhsil) әsnasında üsul vә ya proses dәyişdirdiyiniz hadisәlәr olubmu? O haqda danışın.
  • İşlәdiyiniz yerlәrdә rәhbәrinizә yeni tәkiiflәrlә müraciәtiniz oldumu? Bu haqda danışa bilәrsinizmi?
  • Sizә verilmiş bir işi/layihәni sәrbәst, müdirinizin kömәyi/nәzarәti olmadan hәyata keçirә bilәrsinizmi?
  • Tәşәbbüsünüzlә hәyata keçirilәn layihә/tәklif haqqında danışın.

  Komandada işlәmә

İş yerindә işçilәrin ümumi mәqsәd üçün bir-birini dәstәklәmәsi, hamı ilә birlik ruhunda işlәmәk, әmәkdaşlıq etmәk, işçilәrә musbәt tәsir göstәrmәk, mәmnuniyyәtlә bildiklәrini başqalarıyla böluşmәk, bәrabәr hәrәkәt etmәk qabiliyyәtidir.

  • İşlәdiyiniz yerdә iş yoldaşlarınız ilә bir yerdә hәll etdiyiniz bir әhvalatı danışın.
  • Siz işi tәk, yoxsa komanda ilә görmәyi xoşlayırsınız?
  • Qrup ilә görülәn işin müsbәt cәhәtlәri nәdәn ibarәtdir?
  • İştirak etdiyiniz vә müvәffәqiyyәtli/müvәffәqiyyәtsiz olan bir qrup/komanda işindәn danışa bilәrsinizmi? Sizin mәsuliyyәtiniz nәdәn ibarәt idi? İşin müvәffәqiyyәtli/müvәffәqiyyәtsiz olmasının sәbәbi nә idi? Әgәr eyni işi yenidәn görmәli olsanız, işin müvәffәqiyyәtli olması üçün hansı dәyişikliklәri edәrdiniz?
  • İştirak etdiyiniz qrup işlәrindәn qazandığınız tәcrübәni deyә bilәrsinizmi?
  • Bir qrup işinin irәlilәmәsi üçün vacib xüsusiyyәtlәri sadalayın.

  Tәcrübә bölüşmә

Savadını/tәcrübәsini iş yoldaşları ilә mәmnuniyyәtlә bölüşür vә bilmәdiklәrini hәmin sahәdә tәcrübәsİ olan әmәkdaşlardan soruşmaqdan çәkinmir.

  • İşinizdә/tәhsilinizdә cavabını tapa bilmәdiyiniz suallar, mәsәlәlәr olduqda özünüzü necә hiss edirsiniz? Belә hallarda çıxış yolunuz nә olur?
  • Bu gunәdәk hansı sahәdәsә «şagird»iniz adlandıra bilәcәyiniz şәxslәr varmı? Hansı sahәlәr üzrә?
  • Hәr hansı bir şәxsә onun bilmәdiyini izah edәrkәn, öyrәdәrkәn özünüzü necә (sәbrli/hövsәlәsiz) hiss edirsiniz? Bu işdәn zövq alırsınızmı?

  Nüfuz vә sirayәtetmә

Әtrafdakıları öz fikrinә, tәkliflәrinә, qәrarına inandıra bilmәk, onların fikirlәrinә, qәrarlarına müsbәt tәsir etmәk, lazım gәldikdә inad göstәrmәyi bacarmaq qabiliyyәtidir.

  • Qrupun üzvlәrinin verdiyi qәrarla razı deyilsinizsә, necә hәrәkәt edirsiniz?
  • Sizi qәrarınızdan daşındırmaq nә qәdәr mümkündur?
  • Dostlarınız/yaxınlarınız sizә mәslәhәt üçün müraciәt edirlәrmi?

  Kompüter savadı

Kompüterdә sәrbәst işlәmәk, yeni texnologiya ilә maraqlanmaq, bilmәdiklәrini öyrәnmәyә açıq olmaq, özünü daim inkişaf etdirmәk bacarığıdır. (Bu meyar texniki olaraq - komputerdә yoxlanılır.)

  • Sizcә kompüter texnologiyasının son 10 ildә cәmiyyәtdә etdiyi әsas dәyişikliklәr, tәsir nәdir?
  • Sizin yeni texnologiyaya münasibәtiniz necәdir? Yeni texnologi­yanı öyrәnirsiniz, yoxsa bunlarsız da keçinmәk mümkün olduğunu düşünürsünüz?
  • İnternet nә demәkdir?
  • Tәcrübәnizdәn vә ya eşitdiklәrinizdәn sizcә e-poçta әlverişli, sәmәrәli ünsiyyәt növüdür?

 


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top