Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

"Mәslәhәt" şeiri

     MӘSLӘHӘT

  Mәslәhәti istәyәnә ver.

  Ver ehtiyatla, müәyyәn ölçüylә, hesabla.  

  O  kişinin әqlinә, düşüncәsinә,

  әzәlәsinә, gücünә görә.

  Susuzluqdan sәhrada

  dodağı çatlayanın dәrmanı qәdәr.

  Elә çox vermә ki, o toxluq etsin.

  Günün birindә mәslәhәtinә

  Mәhz sәnin özünü peşiman etsin...

  Mәslәhәtin sәnin әqlin, sәnin varın.

  Kim bilir necә vә neçә illәrdәn әldә etdiyin iztirabın.

  Sonunda әn güclü silahın.

  Ehtiyacı olan kәs, mәslәhәt dilәnçin.

  Ehtiyacını elә ödә ki,

  Heç zaman toxluq etmәsin.

  Bir yer qoy ki, 

  Hәrdәn bir yenә dә

  sәn tәrәfә dönüb baxsın,

  tanıyıb, salamlaşmağa әl uzatsın...

  Para dilәnçiyә ziyadә verilsә,

  sәncә nә olar?!

  Gәdәdәn bәy olar!

 “Әsilzadә”olar, “Şah”olar

  Nә bilim daha kim oğlu kim olar….

  - Fәrmanla birinci vurulan kim?

  - Onu paralandıran şәxs!

  - Nәdәn?

  - İnsan öz kasıb keçmişin sevmәz!

  O keçmişә şahid kәslәr dә sevilmәz!

  Para verәn kişi dә

  Dilәnçinin keçmiş şahidi…

  Düşünürsәn ki, qәddaram?!

  Heç tanrıdan mәn qorxmaram?.

  Belә insafsız - imansız danışaram

  Yaşamasam yazdığımı?!

  Gәlin,

  Allahın işinә biz qarışmayaq.

  Gәdәlәri bәy, sәrçәciklәri qartal etmәyәk!...

  Mәslәhәtlәrimizә özümüz әmәl edәk

  Hәyatı gözәllәşdirәk...

                                                 Gülzar Quliyeva (2005)


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top