Vәtәn, sәn, mәn...
Vәtәn, sәn, mәn...
Mәnә bir salon verin
Mikrafon lazım deyil
Qapı pәncәrәni açıq saxlayın, bağlamayın…
Bilet satmayın
Dәvәtnamә sifariş vermәyin
Heç kәsә demәyin vaxtın әvvәldәn.
Çıxış etmәk istәyirәm.
Mәnә sadәcә boş salon verin.
Lütfәn, sakit olun.
Bu günki mövzu:
“Vәtәn, sәn, mәn...”
Nәdir Vәtәn? Nәdәn mәhz Vәtәn?...
Uşaq ikәn mәktәblәrdә inşa yazardıq.
Yadındamı?...
Bir-birindәn gözәl sözlәr axtarardıq
Tapardıq vә inşaları bәzәyәrdik.
Vәtәni tәrәnnüm edәrdik.
Әvәzindә qiymәtlәr alardıq
5 әvәzinә 4,
4 әvәzinә 3 alsaydıq
tufan qoparar, әdalәt axtarardıq...
Axı "әziyyәt çәkmişdik"
Düşünmüşdük, inşa yazmışdıq...
İndi dә yazırıq, hәr şey haqqda
danışırıq, düşünürük, söz açırıq...
Söhbәtlәrimiz olur
Evimizdәki köpәkdәn,
Bakıdakı külәkdәn,
Geydiyimiz xarici köynәkdәn
Şәhәrdә axırıncı dәb “versage” eynәkdәn.
Hәr şeyin tәәssübün çәkәnik..
Bostanımıza daş atanı,
ömürlük peşman edәnik
Biz qeyrәtliyik...
Bir dә
hәr şeyә çox diqqәtliyik...
Hәr kәs haqqda - sevmәdiyimiz kәs,
xoşlanmadığımız vaxt haqqda da...
Ürәyimizi vuran söz haqqda da ,
ürәyini xәlvәt bizә açan kәs haqqda da,
Süfrәlәrdә deyilәn tost haqqda da,
Hәtta evimizi basan toz haqqda da danışırıq...
Bircә şey var, haqqında and içmişik danışmayaq!
Ehtiyacı var diqqәtimizә, sevgimizә,
nәvazişimizә, qeyrәtimizә!
Görәn nә deyir
ürәyindә ona dağ çәkәn laqeydliyimizә...
Gündә 100 kәrә “mәn”
1000 dәfә “mәnim” deyәrik.
Görәn ildә necә kәrә “Vәtәnim” deyәrik?...
Türk vәtәnpәrvәr, rus şovinist,
çeçenlәr kiminә vәhşi
kiminә әsl kişi,
gürcü gürcüpәrәst,
üzdәniraq düşmәnim lobbipәrәst.
Hәrәnin bir adı öz dilimizdә.
Görәn biz nәpәrәst?
Ax... biz dә qonaqpәrәst!
O qәdәr qonaqpәrәst ki,
Otağın yaxşısı qonağın
Yemәyin dadlısı qonağın
Yastığın yumşağı qonağın...
Evә gәlmәmiş qonağın
Şirniyyat payı onu gözlәr...
Qutu lap köhnәlәr
Amma әhdә vәfasız çıxmaz
Qonaqsız açılmaz...
Nә olar gәlin
bir-birimizilә davranaq
qonağımız tәk.
Әn böyük sevgini, diqqәti
Vәtәnә verәk!
Qol çırmalayıb
Hәrәmiz bir cür
Vәtәnә ürәkdәn
xidmәt eylәyәk!
Yaranışından var
bir hәqiqәt.
Başı sığal, üzü tumar,
geyimi ütü görәn kәs
görünәr hamıya göyçәk.
Küçәdә ayaqyalın gәzәnә,
әl ayağın daşlar әzәnә
bir kәs baş çevirib baxmaq istәmәz...
Birisi sevәndә gözlәrin parlar,
ikisi sevәndә yanaqlar yanar,
Üçüncü olanda ruhun oynar.
Dördüncü, beşinci...
Elә gözәllәşәrsәn ki,
bütün alәm sәnә yan alar...
Gәlin sığallayaq, nazlayaq,
göz üstündә saxlayaq Vәtәni.
Çün odur böyüdәn
hәm sәni, hәm mәni...(A.S)
Sevgimizlә abadlaşdıraqar,
gözәllәşdirәk, cәnnәt - mәkan
Edәk Azәrbaycanı!
"Vәtәn" demәyәk! "Vәtәnim" deyәk!
"Azәrbaycan" demәyәk.
"Canım" deyәk!
Mәn qonaqpәrәstlikdәn
әl çәkirәm.
Gәlin, gözәl hotellәr tikәk.
Qonaqları ora dәvәt edәk!
Hotellәrin reklam çarxları
Fırlansın ABŞ-da,
Avropada, Asiyada, Afrikada.
Nabran, Qarabulaq, Qusar,
Karvansaray
Meydan oxusun rәqabәtdә
Mayamiyә, Bodruma, Cumeyra Biçә.
Dünyanı dolaşaq , dünyanı gәzәk.
Haranı seçdiksә orada qalaq.
Mütlәq deyil ki, kәndimizdә artıb çoxalaq.
Mәyәr önәmli o ki, Vәtәndәn kәnarda
Köklәr atmayaq?!...
Xeyr! Vacib o ki,
Azәrbaycanı dünyaya tanıdaq
İsbatladaq! İsbatladaq
Qarabağın anası tәk, Vәtәni tәk.
Lobbipәrәst qonşumuzu
Biz bu yolla yer üzündә
ifşa edәk, rüsvay edәk...
Fәrqi yox
Vәtәndәyik, ya qürbәtdә
Ayıqda, oyaqda, röyada
İçimizdә bir nәğmә oxuyaq:
El bilir ki, sәn mәnimsәn...(S.V)
Gәlin, düşünәk
Bu Vәtәn, bu sәn, bu mәn...
Hәr birimiz
Bir iş görәk.
Kimsәni gözlәmәyәk...
Qiymәt istәmәyәk
inşa yazanlartәk
әvәzini gözlәmәyәk...
Qiymәt davası etmәyәk!
Axı, biz daha uşaq deyilik...
Hәr işin qiymәtin
Yaradan verәr!!!
Verәr
bol sәrvәtlә,
firavan hәyatla,
xoş gәlәcәklә...
Gәlin, bir kәsә yıxmayaq Vәtәn yükünü,
Çәkә bilmәz heç bir tәk bel Vәtәn yükünü!!!
Gәlin, әl-әlә verәk, Vәtәnә cavabdeh
Kişiyә biz dәstәk olaq.
Arxa olaq, ilham olaq,
Düşmәnә tuşlanmış bir hәmlә olaq!!!
Gözәl bir siyasәt quraq!
Torpaqlar alaq!
Hamımız bir olmasaq da,
Vәtәn üçün hәrәmiz bir çınqıl olaq,
daş olaq.
Vәtәndaş olaq!
Gülzar Quliyeva