Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Müsahibәdә tez-tez soruşulan suallar.

Diqqәtinizә intervyular zamanı namizәdlәrә tez-tez ünvanlanan sualları çatdırırıq. Bu suallar namizәdi daha yaxşı tanımaq mәqsәdi daşıyır. Müsahibәyә getmәmişdәn öncә bu suallar әsasında hazırlaşa bilәrsiniz:

1. Nәyә görә .......universitetin .......fakultәsini seçdiniz? Yenidәn tәhsil seçimi etsәydiniz yenә hәmin seçimi edәrdinizmi?
2. Universitet (treyninqlәr) sizә gәlәcәk ixtisasınız üzrә kifayәt qәdәr nәzәri biliklәr verdimi?
3. Universitetdә/iş yerinizdә qürur duyduğunuz, fәxr etdiyiniz nailiyyәtiniz barәdә danışın.
4. Universitet qiymәtlәrinizdәn nә qәdәr razısınız? Qiymәtlәrinizin yaxşı/әla olmamasını necә izah edәrsiniz? 
5. Xarakterinizdә 5 әn güclü xüsusiyyәti sadalaya bilәrsinizmi?
6. Siz faktlarla/rәqәmlәrlә yoxsa insanlarla işiәmәyi sevirsiniz?
7. Zәif cәhәtlәriniz haqda fikirlәşirsinizmi? 
8. Mövcud vәzifә sәlahiyyәtiniz vә mәsuliyyәtlәriniz haqda mәlumat verә bilәrsinizmi?
9. Son işinizdәn әldә etdiyiniz vә gәlәcәkdә dә bәhrәli olacağına әmin olduğunuz tәcrübә barәdә danışın.
10. İşdәn nә üçün çıxmaq istәyirsiniz? Bundan әvvәlki işlәrinizdәn nә sәbәbә görә çıxdınız?
11. Nәyә görә mәhz bizim tәşkilatda işlәmәk istәyirsiniz?
12. Bizim tәşkilat haqqında hansı mәlumata maliksiniz?
13. Sizә zövq vermәsi üçün iş hansı xüsusiyyәtlәri özündә cәmlәşdirmәlidir?
14. 3-5 il әrzindә özünüzü harada vә hansı vәzifәdә görmәk istәyirsiniz?
15. Sizin üçün işdә stimul (ruhlandırma/motivasiya) ola bilәcәk 5 faktoru sadalayın.


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top