Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Üç süzgәc

Üç süzgәc...

Bir nәfәr Sokrata yaxınlaşaraq deyir:

— Bilirsәn, dostun sәnin haqqında mәnә nә dedi?
— Dayan – deyәrәk Sokrat onun sözünü kәsir – demәk istәdiyin hәr sözü üç süzgәcdәn keçir, sonra danış.

— Üç süzgәc?

— Bir şeyi danışmamışdan öncә, deyәcәklәrini üç süzgәcdәn keçirmәlisәn. İlk olan doğruluq süzgәcidir. Әminsәn ki, deyәcәklәrin tam doğrudur?

— Xeyr, mәn sadәcә bunu eşitmişәm.

—Demәli, dediklәrinin hәqiqәt olub-olmadığını bilmirsәn. İkinci süzgәc xeyirxahlıq süzgәcidir. Sәn mәnim dostum haqqında nә isә yaxşı bir şey demәk istәyirsәn?

— Xeyr, әksinә.

— Demәli, – deyә Sokrat davam edir, – sәn deyәcәklәrinin hәqiqәt olub-olmadığını bilmәdiyin halda onun haqqında pis şeylәr demәyә hazırlaşırsan. Son olaraq isә deyәcәyin xәbәri mәnim eşitmәyim vacibdirmi?

— Xeyr, bu elә dә vacib deyil.

— Son olaraq - Sokrat qeyd edir: – Sәnin mәnә deyәcәyin xәbәrdә nә hәqiqәt, nә xeyirxahlıq, nә dә vaciblik yoxdur. Bәs onda bunu demәyә nә gәrәk var?


0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top