"Stresin (gәrginliyin) idarә olunması"
Gününüzü vә ya hәftәnizi qabaqcadan planlaşdırdığınız halda rәhbәriniz tәrәfindәn gözlәnilmәdәn dәqiq müddәtlәr çәrçivәsindә icra edilmәli işlәrin tapşırılması, müştәrilәrә vacib vә tәcili zәnglәrin edilmәsi, hәmkarınızın hesabatına rәyinizin verilmәsi ehtiyacının yaranması halları әminik ki, sizә yad deyildir.Bu da azmış kimi, mәktәb direktoru tәrәfindәn övladınızın pәncәrәni sındırmağı ilә bağlı sizi görüşә çağırdığı xәbәrini alırsınız. Özünüzü bu halda necә hiss edirsiniz? Tәbii ki, gәrgin...
GDG Professionals sizi әmin edir ki, “Stresin (gәrginliyin) idarә olunması”tәliminә qatılmaqla siz, stresin әlamәtlәrini, göstәricilәrini fәrqlәndirәcәk vә gözlәnilmәz, gәrgin hallarla üzlәşmәyi, bu cür hallarda emosiyalarınızı idarә edәrәk gәrginliyә üstün gәlmәyi bacaracaq vә onu aradan qaldırmaq iqtidarında olacaqsınız.
Tәlimdә hәmçinin, iştirakçıların stresә dözümlülük vә onu aradan qaldırma qabiliyyәtlәri qiymәtlәndirilir.
Tәlimin mәqsәdlәri
“Stresin (gәrginliyin) idarә olunması” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmә imkanı qazanacaqlar:
- Stresin tәsirini vә yaranma sәbәblәrini bilmәk
- Stresin pozitiv vә neqativ tәsirini anlamaq
- Tәzyiq vә stresi fәrqlәndirә bilmәk
- Hipostres, hiperstres vә eustres barәdә mәlumatlı olmaq vә onların insanlara tәsirini bilmәk
- İstәnilәn gәrginliklә üzlәşmәyi vә öhdәsindәn gәlmәyi bacarmaq
- Emosiya vә düşüncәlәrin stresә sәbәb olma yollarını bilmәk
- Qәzәbi idarә etmәyi vә düşüncә tәrzini dәyişmәyi bacarmaq
- Stresi idarәetmә texnikasını bilmәk
- Stresә müvafiq şәxsiyyәt tipalogiyalarını bilmәk
Tәlimdәn kim bәhrәlәnәcәk
Gәrgin anlarda emosiyalarını müvafiq qaydada idarә etmәk bacarığına yiyәlәnmәk istәyәn istәnilәn şәxs.
Tәtbiq edilәn metod
GDG Professionals tәlim materialının iştirakçıların yaddaşlarında hәkk olunması vә bununla da iş proseslәrindә әks etdirmәklә şirkәtlәrinә dәyәr qatmaları üçün ünikal yanaşma vә peşәkar metodlardan istifadә edir.
Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.
Tәlimdә tәtbiq edilәn metodlar (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) interaktiv olmaqla iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.
Tәlimin müddәti: 2 gün
Başlanma saatı: 9:00
Fasilә 1: 10:00-10:15
Fasilә 2: 11:30-11:45
Bitmә saatı: 13:00
Korporativ sifarişlәr olduğu halda vaxt razılaşdırıla bilәr
Tәlimin keçirilmә ünvanı
GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis
Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)
yazıl
2 Şәrh
Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.
Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.
Sevinc
Iyun 17, 2013 @ 14:17
Salam. Mümkünsə, təlimin qiymətini yazardınız.
GDG Professionals
Iyun 18, 2013 @ 12:36
Salam, Sevinc. Qeyd etdiyiniz təlimin qiyməti 230 AZN-dir. Təşəkkür edirik!