Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

"Korporativ mәdәniyyәt"

 

Korporativ mәdәniyyәt

Güclü mәdәniyyәtlәr şirkәtlәrә özlәrini hәm pozitiv, hәm dә neqativ formada biruzә verә bilәcәk tәsir qüvәssinә malikdir. Әmәkdaşlıq, işçilәr vә müştәrilәrin qayğısına qalmaq kimi güclü dәyәrlәr, “hamı bir nәfәr üçün, bir nәfәr hamı üçün” yanaşması şirkәtlәrin mәhsuldarlığına, keyfiyyәt vә müştәri xidmәtlәrinin sәviyyәsinә müsbәt tәsir göstәrir. Mәdәniyyәt şirkәtin әmәkdaşları tәrәfindәn bölüşdürülәn vә yeni әmәkdaşlara onların düzgün qaydada düşünmәlәrini, hiss etmәlәrini vә davranmalarını tәmin etmәk üçün tәlqin edilәn dәyәrlәrin, normaların, inancların vә anlayışların mәcmusudur. 


Tәlimin mәqsәdlәri

 

Korporativ mәdәniyyәt Tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmәk imkanı qazanacaqlar:

  • Korporativ mәdәniyyәt vә onun mәqsәdi
  • Korporativ mәdәniyyәtin formaları
  • İşgüzar etika vә onun vacib atributları
  • İşgüzar imic/geyim tәrzi
  • Daxili/xarici müştәrilәr vә ünsiyyәt
  • Geriyә mәlumatı qәbul etmәk vә vermәk
  • Mәxfilik
  • Nizam-intizam

 

Tәlimdәn kim bәhrәlәnәcәk

İşlәdiklәri şirkәtlәrin strateji hәdәflәrә nail olmasında maraqlı olan, şirkәti tәmsil etmәkdә müvәffәqiyyәtli vә peşәkar olmaq, kollektiv dәyәrlәr, inanc vә davranış qaydaları barәdә әtraflı mәlumat әldә etmәk istәyәn istәnilәn şәxs.

 

Tәtbiq edilәn metod

GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.

Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.

Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir. 

Tәlimin müddәti: 2 gün

Başlanma saatı: 9:00

1.Fasilә : 10:00-10:15

2.Fasilә : 11:30-11:45

Bitmә saatı: 13:00

Korporativ sifarişlәr olduğu tәqdirdә tәlimin vaxtı sifarışçinin istәyi әsasında günün ikinci hissәsinә razılaşdırıla bilәr.

 

Tәlimin keçirilmә ünvanı

GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis

Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Tәlimә yazılmaq

Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top