Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

“Motivasiya”

 

 

Motivasiya 

Peşәkar şirkәtlәr motivasiyasının әhәmiyyәtini yaxşı başa düşür vә işçilәrinin motivasiyasına xüsusi önәm verirlәr. Onlar hәr bir şirkәtin müvәffәqiyyәtinin onun işçilәrindәn asılı olduğunu bilirlәr. Uğur vә müvәffәqiyyәt yalnız motivasiya olunmuş işçilәrin, onların әla  fәaliyyәti sayәsindә qazanılır, onların şirkәtlәrin fәaliyyәtinә vә gәlirliliyinә dәyәr qatmaları vasitәsilә böyük layihәlәrә cür imzalar atılır.

Tәlim mәqsәdlәri

Motivasiya tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmә imkanı qazanacaqlar:

 

  • Rәhbәrliyin işçilәrin motivasiya olunmasında rolunu başa düşmәk
  • Motivasiyanın rolunu başa düşmәk
  • Xarici vә daxili motivasiya arasında fәrqi müәyyәn edә bilmәk
  • Müxtәlif motivasiya nәzәriyyәlәri ilә tanış olmaq
  • Müxtәlif növ motivasiya tәcrübәlәri ilә tanış olmaq
  • İşçilәri qәrar qәbul etmә, problem hәlletmә vә onları  motivә edәn başqa proseslәrә cәlb etmәyin      yollarına yiyәlәnmәk
  • Zәif göstәricilәrә sәbәb olan demotivasiya faktları ilә tanış olmaq

 

Tәlimdәn kim bәhrәlәnәcәk

Hәdәflәrә çatmaq vә yüksәk nәticәlәr әldә etmәk üçün motivasiyaya önәm verәn istәnilәn şәxs.

 

Tәtbiq edilәn metod

GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.

Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.

Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.

 

Tәlimin müddәti: 2 gün

Başlanma saatı: 9:00

1.Fasilә : 10:00-10:15

2.Fasilә : 11:30-11:45

Bitmә saatı: 13:00

Korporativ sifarişlәr olduğu tәqdirdә tәlimin vaxtı sifarışçinin istәyi әsasında günün ikinci hissәsinә razılaşdırıla bilәr.

Tәlimin keçirilmә ünvanı

GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis

Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Tәlimә yazılmaq

Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top