Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

“Effektiv ünsiyyәt”

 

Effektiv ünsiyyәt

İnsanlarla müvәffәqiyyәtli ünsiyyәt yalnız sizin öz ünsiyyәt tәrzinizi vә onun başqalarına tәsirini yaxşı dәrk etmәyi deyil, hәmçinin, qabiliyyәtlәrinizdәn istifadә bacarığını, ünsiyyәt tәrzinizi müxtәlif hadisәlәrә vә şәxsiyyәt növlәrinә uyğunlaşdırmağı da tәlәb edir.

Tәlim sizdә müxtәlif vәziyyәtlәrdә effektiv ünsiyyәt bacarıqlarını inkişaf etdirmәyә şәrait yaradır.

 

Tәlim mәqsәdlәri

“Effektiv ünsiyyәt” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә etmә imkanı qazanacaqlar:

  • Ünsiyyәtdә vacib olan bacarıqları müәyyәn etmәk vә onlara yiyәlәnmәk
  • Başqaları ilә ünsiyyәt zamanı lazım olacaq güclü tәrәflәri müәyyәn etmәk
  • İş zamanı öz şәxsi ünsiyyәt tәrzlәrini müәyyәn etmәk vә  bunun başqalarına tәsirini bilmәk
  • Müxtәlif tәsir strategiyalarından vә bu strategiyaların tәdbiqindәn düzgün mәlumatlı olmaq
  • Başqaları ilә ünsiyyәtdә özünә inamlı olmaq

 

Tәlimdәn kim bәhrәlәnәcәk

Müntәzәm olaraq görüşlәrdә, telefon vasitәsilә vә ya üz-üzә ünsiyyәt quran, öz ünsiyyәt bacarıqlarını inkişaf etdirmәk istәyәn istәnilәn şәxs.

 

Tәtbiq edilәn metod

GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.

Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.

Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.

 

Tәlimin müddәti: 2 gün

Başlanma saatı: 9:00

1.Fasilә : 10:00-10:15

2.Fasilә : 11:30-11:45

Bitmә saatı: 13:00

Korporativ sifarişlәr olduğu tәqdirdә tәlimin vaxtı sifarışçinin istәyi әsasında günün ikinci hissәsinә razılaşdırıla bilәr.

 

Tәlimin keçirilmә ünvanı

GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis

Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)


yazıl

2 Şәrh

  • Mahir
    May 25, 2013 @ 18:06

    üzr istəyirəm. Ödəniş nə qədərdir?

    Şәrh
  • GDG Professionals
    May 27, 2013 @ 04:17

    Salam, Mahir. Təlimlərimizin ödəniş qiymətləri müxtəlifdir. "Effektiv ünsiyyət" təlimi 2 gün ərzində saat 09:00-dan 13:00-dək keçirilir. Bu təlimin qiyməti 300 AZN-dir.

    Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Tәlimә yazılmaq

Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top