Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

"Sәmәrәli toplantı/iclaslar"

 

Sәmәrәli toplantı/iclaslar

Tәlim barәdә ümumi mәlumat

Sәmәrәli toplantılar/iclaslar tәsadüf nәticәsindә deyil, müvafiq – peşәkar - qaydada hazırlıq nәticәsindә mümkün olur. Toplantının/iclasın düzgün, vaxtında keçmәsi vә nәzәrdә tutulan mәqsәdlәrә nail olunması üçün ondan öncә vә keçirilmә zamanı bir sıra hazırlıqlar hәyata keçirilmәlidir. Çünki, toplantılar/iclaslar biznesin vә idarәetmәnin elә tәrkib hissәsidir ki, onlar olmadan  bu proseslәri tәsәvvür etmәk qeyri-mümkündür. Bu qәdәr önәmli olmalarına baxmayaraq, tәәssüf ki, toplantılar peşәkarcasına idarә olunmur vә gözlәnilәn nәticәlәr vermir.  İnsanlar toplantıları hәddәn artıq uzun, yorucu vә vaxt itkisi kimi dәyәrlәndirirlәr.

Tanınmış Amerika yumoristi Milton Berle qeyd etmişdir ki: “Toplantı insanların yüksәk sәslә danışdıqları, tutarlı heç bir şey söylәmәdiklәri vә yekunda ümumi razılığa gәlmәdiklәri yığıncaqdır”. Toplantıları mәhsuldar keçirmәk vә onlardan gözlәntilәrinizә nail olmaq istәyirsinizsә, Sizә GDG Professionals tәrәfindәn verilәn Sәmәrәli toplantılar/iclaslar tәliminә qatılmağınızı tövsiyyә edirik. 

 

Tәlimin mәqsәdlәri

“Sәmәrәli toplantılar/iclaslar” tәlimindә iştirak etmәklә iştirakçılar aşağıdakıları әldә edәcәklәr: 

  • Sәmәrәli toplantılar/iclaslar  keçirmә üzrә bilik
  • Toplantılar/iclaslara müvafiq qaydada hazırlaşmaq
  • Toplantılar/iclaslar nә vaxt vә necә keçirmәyi
  • Qeyri-effektiv toplantılar/iclasların qarşısını almaq
  • Toplantılar/iclaslara olan ehtiyacların müәyyәn edilmәsi
  • Toplantılar/iclaslar zamanı çәtin iştirakçıları idarә etmәk iqtidarında olmaq
  • Toplantılar/iclaslarda sual növlәrini fәrqlәndirmәk vә düzgün cavablandırmaq
  • Toplantılar/iclaslar zamanı vaxtı idarә edә bilmәk

 

Tәlimdәn kim bәhrәlәnәcәk

Toplantılar/iclaslar keçirәn idarәçilәr vә görüşdә iştirak edәn işçi heyәti.

 

Tәtbiq edilәn metod

GDG Professionals tәlimin iştirakçılar tәrәfindәn mükәmmәl mәnimsәnilmәsi, onların yaddaşlarına hәkk olunması vә nәticә olaraq öz fәaliyyәtlәri ilә şirkәtlәrinә daha çox dәyәr qata bilmәlәri üçün unikal yanaşma vә peşәkar metodlardan istifadә edir.

Bizim peşәkar tәlimçilәrimiz, o cümlәdәn iştirakçıların öyrәnmә üslublarını/tiplәrini vә tәlimә müvafiq qaydada adaptasiya olunmalarını nәzәrә alırlar.

Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilmişdir.

 

Tәlimin müddәti: 1 gün

Başlanma saatı: 9:00

1. Fasilә : 10:00-10:15

2. Fasilә : 11:30-11:45

Bitmә saatı: 13:00

Korporativ sifarişlәr olduğu tәqdirdә tәlimin vaxtı sifarışçinin istәyi әsasında günün ikinci hissәsinә razılaşdırıla bilәr.

 

Tәlimin keçirilmә ünvanı

GDG Professionals şirkәtinin ofisi: Bakı şәh, Nobel prospekti 15, Azure biznes mәrkәzi, 9cu mәrtәbә, 50-ci ofis

Müştәrinin ofisi (müştәrinin istәyindәn asılı olaraq)

 


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Tәlimә yazılmaq

Tәlimә yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top