Mühasib
ӘSAS İŞ ÖHDӘLİKLӘRİ:
• Mühasibat , vergi uçotu vә DSMF, Statistika ilә bağlı әmәliyyatlar
• Müәssisәnin aktiv vә passivlәrinin, o cümlәdәn debitor vә kreditor borcların, nağd vәsaitlәrinin, mal qalığının, vergi öhdәliklәrinin, gәlir vә xәrclәrinin vә s. uçotunun hәyata keçirilmәsi
• Uçot sәnәdlәrinin arxivlәşdirilmәsini tәmin etmәk
• Mühasibat sәnәdlәrinin düzgün tәrtib edilmәs
• İşçilәrlә hesablaşmaların tәmin edilmәsi
• Bank vә kassa әmәliyyatlarının düzgün aparılmasına nәzarәt
• Sәlahiyyәtlәri çәrçivәsindә mәsәlәlәrә dair işçilәrin sorğularını cavablandırmaq
• Rәhbәrlik tәrәfindәn verilәn tapşırıqları vaxtında yerinә yetirmәk
• İş prosesindә öz sahәsi ilә bağlı meydana çıxacaq problemlәrin aradan qaldırılması ilә bağlı tәkliflәr vermәk, problemlәri hәll etmәk vә analitik düşünmә bacarıqları
• Şirkәtin maliyyә-iqtisadi idarә olunmasında aktiv iştirak etmәk vә ehtiyac duyduqda lazımi tәkliflәri irәli sürmәk
• Vergi orqanları ilә yazışmalar
• Vergi sahәsi ilә bağlı әmәliyyatlar – bütün vergi hesabatlarının göndәrilmәsi
• E-Qaimә fakturalarının vә VHF yazılması,
• Gömrük bәyannamәlәri ilә bağlı әmәliyyatlar,
• Vergi qanunvericiliyi ilә dәqiq işlәmәk bacarığı.
• E-portal proqramı ilә işlәmәk bacarığının olması
• Sәnәdlәr vә mühasibat yazılışları әsasında vergi vә mühasibat hesabatlarının tәrtib olunması vә qanunvericilikdә müәyyәn edilmiş müddәt әrzindә müvafiq orqanlara göndәrilmәsini hәyata keçirtmәk
• Vergi hesabatlarının (Әmlak, Torpaq, ӘDV, ÖMV, Mәnfәәt) hazırlanması vә tәqdim edilmәsi
• DSMF hesabatlarının hazırlanması vә tәqdim edilmәsi
• Statistika hesabatlarının hazırlanması vә tәqdim edilmәsi
• Mәşğulluq idarәsinә hesabatların hazırlanması vә tәqdim edilmәsi
• Vergi bәyannamәlәri göndәrmәk vә vergi mәsәlәlәri ilә bağlı işlәrdә birbaşa iştirak etmәk
• Uçot siyasәtinin şirkәtin fәaliyyәt növünә uyğunluğuna nәzarәt etmәklә, bu istiqamәtdә mütәmadi tәkmillәşdirmәlәr üzәrindә işlәmәk
• Әmәk haqqı: 650-900 azn
BİLİK VӘ BACARIQLAR:
• Mühasib vәzifәsindә tәcrübәsi- minimum 3-5 il
• Microsoft Office proqramlarını bilmәk. MS Office-excel- әla sәviyyәdә
• 1 C 8.3 vә UT 11.1 proqramında sәrbәst işlәmәk tәcrübәsi (Istehsal vә satış vә s.)
• www.e-gov.az, www.e-taxes.gov.az vә digәr portallardan istifadә etmәk bacarığı
• Vergi, әmәk qanunvericiliklәri üzrә biliklәrә sahib olmalı
• Riyazi hesablama aparma, analitik tәhlil etmә qabiliyyәti, mal-materialların uçotunun aparılması üzrә biliklәrә sahib olmalı
CV-nizi "Mühasib" başlığı ilә sabina@gdg.az ünvanına göndәrmәyiniz xahiş olunur.
yazıl
0 Şәrh
Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.
Vakansiyaya yazılmaq üçün sistemә daxil olmalısınız.