Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Әmәliyyat vә bazar risklәrinin idarә edilmәsi Departamentinin Direktoru

Vәzifә öhdәliklәri:

  • Әmәliyyat vә bazar risklәrinin identifikasiyası, qiymәtlәndirilmәsi vә idarә edilmәsinin üçün AR MB normativ sәnәdlәrinin tәlәblәrinә uyğun effektiv sisteminin formalaşdırılması vә dәstәklәnmәsi:
    • Әsasnamәyә vә Bankın digәr normativ sәnәdlәrinә müvafiq olaraq Departamentin proseslәrinin idarә olunması, hәmçinin әrisklәrin minimallaşdırılması mәqsәdilә әmәliyyat vә bazar risklәri haqqında mәlumatların toplanması proseslәrinin tәkmillәşdirilmәsi;
    • Departamentin әmәkdaşlarının fәaliyyәtinә rәhbәrlik;
    • Departament haqqında Әsasnamәnin, әmәliyyat risklәrinin idarә edilmәsi Siyasәtinin işlәnib hazırlanması vә tәtbiqi, Bank risklәrinin identifikasiyası, qiymәtlәndirilmәsi vә idarә edilmәsi üçün effektiv sisteminin formalaşdırılması vә dәstәklәnmәsi mәqsәdilә әmәliyyat risklәri ilә bağlı daxili normativ bazanın işlәnib hazırlanması;
    • Әmәliyyat Risk menejment sisteminin tәkmillәşdirilmәsinә yönәldilmiş yeni layihәlәrin tәtbiq edilmәsi (risk-iştah meyarlarının işlәnib hazırlanmasında vә s.);
    • Әmәliyyat Risk menejment sistemi effektiv olması mәqsәdilә Departamentin hesabatlığının tәtbiqi vә tәkmillәşdirilmәsi;
    • Әmәliyyat risklәri üzrә analitik hesabatın, hәmçinin Departamentin fәaliyyәti haqqında hesabatların hazırlanması vә Bankın Rәhbәrliyinә tәqdim olunması;
    • Bazar risklәrinin müntәzәm monitorinqi;
    • Yeni risk limitlәrinin müәyyәn edilmәsi vә mövcud risk limitlәrinin müvafiqliyinin yoxlanması, hәmçinin potensial risklәrin aşkar olunması vә minimallaşdırılması üzrә tәkliflәrin tәtbiq edilmәsi. Erkәn mәlumatlandırma sisteminin yaradılması.
  • Bankın risk-menejment sahәsinә toxunan biznes-proseslәrinin mütәmadi qıymәtlәndirilmәsi işinin tәşkili:
    • Bankda qüvvәdә olan daxili normativ sәnәdlәrә müvafiq olaraq, öz vәzifә öhdәliklәri çәrçivәsindә әmәliyyat risklәrinin idarә edilmәsi ilә bağlı işdә bankın bütün struktur bölmәlәrinә metodiki kömәk;
    • Struktur bölmәlәrin işçilәrinin әmәliyyat risklәri hissәsindә ixtisaslarının artırılması mәqsәdilә bankdaxili treninqlәrin/seminarların keçirilmәsi;
    • Komplaens-risklә bağlı hadisәlәrin uçotu, onların әmәlә gәlmә ehtimalının müәyyәn edilmәsi vә mümkün nәticәlәrin kәmiyyәt qiymәti;
  • Bankın fәaliyyәti nәticәsindә әmәlә gәlәn komplaens risklәrin effektiv idarә edilmәsi, komplaens- nәzarәt sisteminin Bankda koordinasiyası:
    • Komplaens-riskin monitorinqi, o cümlәdәn Bank tәrәfindәn tәtbiq edilәn yeni bank mәhsullarının, xidmәtlәrin vә komplaens-riskin olması mövzusunda onların realizә olunmasının planlaşdırılan metodlarının tәhlili;
    • Struktur bölmәlәrin rәhbәrlәrinә vә Bankın rәhbәrliyinә komplaens-risklәrin idarә edilmәsi üzrә tövsiyyәlәrin zәruri hallarda göndәrilmәsi.
    • Bankda komplaens-risklәrin azaldılmasına yönәldilәn tәdbirlәr kompleksindә iştirak vә hüquq departamenti ilә koordinasiyası;
    • Bankda komplaens-risklәrin müştәrilәrin şikayәtlәri hissәsindә idarә edilmәsinin effektivliyinin monitorinqi, komplaens-risklәrin idarә edilmәsi üzrә Bankın daxili sәnәdlәrinin işlәnib hazırlanmasında iştirak edilmәsi;
    • Komplaens-risklәrlә bağlı hadisәlәrin uçotu, onların әmәlә gәlmәsi ehtimalının müәyyәn edilmәsi vә mümkün nәticәlәrin kәmiyyәt qiymәti;
  • Bank tәrәfindәn tәtbiq edilәn yeni bank mәhsullarının, xidmәtlәrinin vә onların realizә olunmasının planlaşdırılan metodlarının razılaşdırılmasında iştirak vasitәsilә maraqların münaqişәsinin aşkar edilmәsi.
  • İqtisadi Әmәkdaşlıq vә İnkişaf Tәşkilatı tәrәfind әn qәbul olunmuş Standartlara әsasәn Ümumi Hesabatlılıq Standartı әsasında Amerika Birlәşmiş Ştatları hüquqi vә fiziki şәxslәri istisna olmaqla digәr dövlәtlәrin hüquqi vә fiziki şәxslәrinә mәxsus vә barәsindә Azәrbaycan Respublikası Vergilәr Nazirliyinә hesabat verilmәli işinin tәşkili:
    • Xarici Hesablar Vergi Әmәletmәsi Aktı ilә әlaqәdar Amerika Birlәşmiş Ştatlarının hüquqi vә fiziki şәxslәrinә mәxsus vә barәsindә hesabat verilmәli hesabların (bundan sonra – ABŞ-ın hesabat verilmәli hesabları) yoxlanılması işinin tәşkili, müәyyәn edilmәsi vә barәsindә Azәrbaycan Respublikası Vergilәr Nazirliyinә hesabat verilmәsi

 

Mәsuliyyәt:

  • İcra etdiyi işlәrin qanunvericiliyә, Mәrkәzi Bankın normativ aktlarının vә bankdaxili sәnәdlәrin tәlәblәrinә müvafiq olmasına görә mәsuliyyәt daşıyır;
  • Qoyulan tapşırıqların vaxtında vә tam icrasına görә mәsuliyyәt daşıyır;
  • Öz hәrәkәtlәri vә ya hәrәkәtsizliyi nәticәsindә banka vurulan ziyana görә mәsuliyyәt daşıyır;
  • Bank sirrinin vә kommersiya sirrinin qorunmasına görә mәsuliyyәt daşıyır;
  • Onun istifadәsinә verilәn әsas vasitәlәrin vә digәr avadanlıqların qorunmasına görә mәsuliyyәt daşıyır;
    • Daxili vә xarici nәzarәt orqanlarının yoxlama nәticәlәri üzrә alınan göstәrişlәrin icrasına görә mәsuliyyәt daşıyır;
    • Departamentin Bankın digәr struktur bölmәlәri ilә qarşılıqlı işinin tәşkili üçün mәsuliyyәt daşıyır.

 

Vәzifәyә tәlәblәr:

  • Bankın dәyәrlәrinә uyğun işlәrin tәşkili;
  • Ali tәhsil;
  • 2-5 il iş tәcrübәsi;
  • AR banklar vә bank fәaliyyәti haqqında qanunvericiliyinin, MB vә MBNP kredit tәşkilatlarının filiallarının vә şöbәlәrinin fәaliyyәti mәsәlәlәri üzrә normativ sәnәdlәrini, әmәk qanunvericiliyini bilmәk;
  • AR Әmәk qanunvericiliyinin әsaslarını bilmәk;
  • Bank sistemi strukturunu vә bank işinin әsaslarını bilmәk;
    • Mühasibat uçotunu, Bankın maliyyә vә tәsәrrüfat fәaliyyәti haqqında hesabatlığını, tәhlil vә planlaşdırma metodlarını bilmәk;
    • Kargüzarlığın әsaslarını vә kredit tәşkilatlarının fәaliyyәtindә maliyyә sәnәd dövriyyәsi qaydalarını bilmәk;
    • Bank xidmәtlәrinin tәqdim olunması texnologiyalarının әsaslarını bilmәk;
    • Menecment, biznes-planlaşdırma, marketinq tәdqiqatlarının, statistik mәlumatların әldә edilmәsi, emalı vә tәhlilinin metod vә texnologiyalarının әsaslarını bilmәk;
    • Danışıqların vә işgüzar ünsiyyәtin aparılması bacarığı;
    • İqtisadi xarakterli informasiya ilә analitik iş sәriştәsi;
    • Bankın informasiya-hüquqi sistemlәrindәn vә digәr informasiya resurslarından istifadә tәcrübәsi;
    • Microsoft office, Bank proqramlarından vә digәr xüsusi proqramlardan istifadә bacarığı;
    • Rus vә İngilis dili üzrә yüksәk sәviyyәdә biliklәr;
    • Yüksәk analitika qabiliyyәti;
    • Konstruktiv ünsiyyәti tәşkil etmәk qabiliyyәti;
    • Komanda ilә işlәmәk vә qәrarlar qәbul etmәk qabiliyyәti;
    • Işin planlaşdırılması qabiliyyәti;
    • Mәsuliyyәt;
    • Liderlik, peşәkarlıq;
    • Işgüzar aktivlik;
    • Nәticәyә istiqamәtlilik;
    • Peşә inkişafı;
    • Tәşәbbüskarlıq;
    • Kommunikabellik;
    • Stressә davamlılıq.

 

   Xahiş edirik, mövzu yerinә elanın adını yazaraq CV-nizi sabina@gdg.az elektron ünvanına göndәrәsiniz.


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Vakansiyaya yazılmaq

Vakansiyaya yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top