Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Maliyyә Direktoru

 

#işvar #ishvar #referent #vacant
VAKANSİYA - MALİYYӘ DİREKTORU

VӘZİFӘ BARӘDӘ QISA XÜLASӘ:
• Şirkәtindә maliyyә fәaliyyәtinin tәşkili, fondlardan düzgün vә sәmәrәli istifadә, әsas vәsaitlәrin vә dövriyyә vәsaitlәrinin tәhlükәsizliyi, sәmәrәli istifadәsi, müәssisәnin әmәk vә maliyyә imkanlarının, dövlәt büdcәsi, tәchizatçılar vә bank qurumları qarşısında öhdәliklәrin vaxtında yerinә yetirilmәsi;
• Şirkәtin maliyyә siyasәtini tәyin edәrәk, maliyyә axınlarının vә risklәrin idarә edilmәsi, maliyyә sabitliyini tәmin etmәk üçün tәdbirlәr hazırlamaq vә hәyata keçirmәk;
• Şirkәt tәrәfindәn hәyata keçirilәn bütün tәsәrrüfat әmәliyyatlarının mühasibat uçotu hesabında (hәmçinin mühasibat uçotu registrlәrindә) düzgün әks etdirilmәsi vә ona nәzarәt;
• Maliyyә şöbәsinә nәzarәt
• Digәr bölmә vә xidmәt sahәlәri ilә birlikdә Şirkәtin maliyyә tәsәrrüfat fәaliyyәtinin iqtisadi tәhlilinin hәyata keçirilmәsinin tәşkili;
• Daxil olan pul vәsaitlәrinin, mal-material qiymәtlilәrinin vә әsas vәsaitlәrin uçotunu, mühasibat uçotu hesablarında onların hәrәkәtini, istehsal dövriyyәsini vә xәrclәrinin, xәrclәr smetasının hazırlanması, mәhsulun satışı, iş vә xidmәtlәrin yerinә yetirilmәsinә nәzarәt;
• Maliyyә hesabatı, müәssisәnin fәaliyyәtinin yekunları üzrә әmәliyyatların uçotunun tәşkili;
• Pul vәsaitlәri vә mal-material qiymәtlilәrinin çatışmazlıqları vә mәnimsәnilmәsi hallarının baş vermәmәsinә nәzarәt
• Şirkәtin ümumi strateji planı çәrçivәsindә maliyyә siyasәtinin icrasının tәmin etmәk;
• Quruluş bölmәlәrinin rәhbәrlәri ilә birlikdә Şirkәtin illik biznes planının hazırlanması, tәşkil vә icrasına nәzarәt etmәk;
• Xәrclәrin azaldılmasına (optimallaşdırılmasına) vә maliyyә intizamının güclәndirilmәsinә yönәldilmiş tәdbirlәri hazırlamaq vә icrasına nәzarәt etmәk;
• Vәzifә tәlimatlarına vә tabeçiliyindә olan departamentlәrin hәdәflәrinә әsaslanaraq işçilәrin performanslarını qiymәtlәndirmәk;
• Maliyyә planının hazırlanmasını vә yerinә yetirilmәsini tәşkil etmәk;
Vergi vә audit yoxlamaları zamanı mәlumatların düzgün vә dolğun formada tәqdim edilmәsini tәşkil etmәk;

ӘSAS İŞ ÖHDӘLİKLӘRİ:
1. Şirkәt daxilindә ehtiyatların maksimum sәfәrbәr edilmәsi, әsas fondlarından әn rasional şәkildә istifadәsini nәzәrә alaraq lazımi hesablamaların, analizlәrin aparılması ilә Şirkәtin illik biznes plan layihәsinin hazırlanması.
2. Strateji planlaşdırma, informasiya sistemlәrinin idarә edilmәsi, xәrclәrә nәzarәt vә hesabatların hazırlanması.
3. Vergilәrin planlamasında iştirak etmәli, vergilәri optimallaşdırmalı vә şirkәtdә daxili nәzarәti güclәndirmәlidir.
4. Maliyyә uçotu vә nәzarәt sisteminin düzgün vә keyfiyyәtli işini tәmin etmәk üçün kadr mәsәlәlәri ilә mәşğul olmalıdır.
5. Şirkәtin maliyyә fәaliyyәtini planlaşdırılmalı vә әlaqәlәndirmәlidir.
6. Şirkәtin sәmәrәliliyinin tәmin etmәlidir
7. Şirkәtin iqtisadi tәhlükәsizliyinin tәmin etmәlidir.
8. Şirkәtin tәmsil etdiyi brendlәr üzrә subhesabların ayrı-ayrılıqda aparmalı vә onlardan düzgün istifadәyә nәzarәt etmәlidir
9. Şirkәtә Tәsisçi tәrәfindәn qoyulan investisiyların istiqamәti üzrә isifadәsini tәmin etmәli, hesabatını aparmalı vә nәzarәt ermәlidir
10. Brendlәrin vә mağazalarıın rentabellik hesabatlarını aparmalıdır
11. Rentabelliyi aşağı olan brendlәr vә mağazalar üzrә, rentabelliyi qaldırmaq vә ya digәr tәkliflәr hazırlamalı vә rәhbәrliyә tәqdim etmәılidir
12. Şirkәtin mühasibat bölmәsinin işinә nәzarәt etmәli, mühasiblәr arasında düzgün iş bölgüsü aparmalı vә işlәrin keyfiyyәtini nәzarәtdә saxlamalıdır
13. Şirkәtin biznesin inkişafı üçün banklardan götürdüyü kreditlәr üzrә ödәnişlәrin vaxtlı-vaxtında icra etmәsinә nәzarәt etmәlidir
14. Gömrük, daşıma xәrclәrini nәzarәtdә saxlamalı vә onların optimallaşdırılması üçün daim yeni kanallar axtarışında olmalıdır.
15. Şirkәtin mәnfәәtinin hәcmini artırmaq üçün tәdbirlәr hazırlamalı vә rәhbәrliyә tәkliflәr vermәlidir.
16. Xәrclәri daha da optimallaşdırmaq üçün Şirkәtin bütün növ xәrclәrinin tәhlili.
17. Büdcәnin planlaşdırma prosesinin tәşkili.
18. Şirkәtin iqtisadi fәaliyyәtinin ümumi tәhlili vә dövriyyә, pul axınının

optimallaşdırılmasına, gәlirliliyin artırılmasına vә performans göstәricilәrinin yaxşılaşdırılmasına yönәlmiş digәr aspektlәrә tәsir edәn tәsirli metodların işlәnib hazırlanması.
19. Şirkәtdә maliyyә uçotunun tәşkili, faktiki göstәricilәrin planlaşdırılanlara uyğunluğuna nәzarәt vә kәnarlaşmaların tәhlili, hesabatların hazırlanması, yüksәk sәviyyәli menecerlәrә obyektiv vә etibarlı mәlumatların verilmәsi, bütün şöbәlәr arasında mәlumat mübadilәsinin әlaqәlәndirilmәsi.
20. Maliyyә vә mühasibat sahәsindә Şirkәtdә sәnәd dövriyyәsinә nәzarәt.
21. Vergi vә audit yoxlamaları zamanı mәlumatların düzgün vә dolğun formada tәqdim edilmәsini tәşkil etmәk;
22. Şirkәtin işini tәkminlәşdirmәk üçün maliyyә, ticarәt, idarәetmә sahәsindә texnologiya yeniliklәrindәn daim xәbәrdar olmaq, onları araşdırmaq, öyrәnmәk vә tәtbiq etmәk
23. Tabeliyindә olan xidmәtlәrin әmәkdaşlarına ümumi rәhbәrlik.
24. Tәhsil: Maliyyә sahәsi üzrә ali ixtisas tәhsili;
25. Tәcrübә: Maliyyә-mühasibat işi üzrә 5 ildәn az olmayaraq iş stajı;
26. Bilik vә bacarıqlar:
• Kompyuter biliyi: Word, Excel vә İnternetdә işlәmә bacarığı;
• Elektron Maliyyә programları bilik vә işlәtmә bacarıqı;
• İdarәçilik qabiliyyәtlәrinә malik olmalı, mövcud qanunvericiliyi bilmәlidir;
• Vaxtın düzgün idarә edilmәsi qabiliyyәti;
• Yaradıcılıq vә tәşәbbüskarlıq qabiliyyәti;
• 1C Kompleks, 1C UT Proqramında işlәmәk bacarığı
• Dil biliyi: Azәrbaycan – Rus vә ya Azәrbaycan - İngilis.
27. Әmәk haqqı: 1200-1800

Xahiş edirik, mövzu yerinә elanın adını yazaraq CV-nizi sabina@gdg.az elektron ünvanına göndәrәsiniz.


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Vakansiyaya yazılmaq

Vakansiyaya yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top