Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Mühasib

 

   

    • Müәssisәdә uçotun formalaşdırılmasını, baş vermiş maliyyә-tәsәrrüfat әmәliyyatları üzrә ilkin uçot sәnәdlәri әsasında aktivlәr, öhdәliklәr, kapital, gәlir vә xәrclәr barәdә mәlumatların yığılmasını, qeydiyyatını vә ümumilәşdirilmәsini, bu mәlumatlara uyğun olaraq analitik vә sintetik uçotunun aparılmasını, habelә maliyyә, vergi vә digәr hesabatların müәyyәn edilmiş müddәtlәrdә tәrtib vә tәqdim edilmәsini vә mühasibat uçotu sәnәdlәrinin saxlanılmasını tәmin edir.
    • Digәr bölmә vә xidmәt sahәlәri ilә birlikdә tәsәrrüfatdaxili ehtiyatların aşkara çıxarılması vә sәfәrbәr edilmәsi mәqsәdi ilә mühasibat uçotu mәlumatları әsasında müәssisәnin maliyyә tәsәrrüfat fәaliyyәtinin iqtisadi tәhlilinin hәyata keçirilmәsini tәmin edir.
    • Xәrclәr smetasının hazırlanmasını tәşkil edir. Mәhsulun, iş vә xidmәtlәrin maya dәyәri hesabatının iqtisadi cәhәtdәn әsaslandırılmış tәrtibini, әmәk haqqının, pul tәminatının vә ona bәrabәr tutulan ödәnişlәrin hesablanması üzrә hesablama cәdvәlinin, әmәk haqqının, pul tәminatının vә ona bәrabәr tutulan (mәzuniyyәtә çıxma, xidmәtdәn buraxılma vә digәr hallarla bağlı) ödәnişlәrin qabaqcadan verilmәsini, birdәfәlik haqq-hesabın işlәnilmәsini vә ödәnişlәrin aparılmasını, dövlәt büdcәsinә ödәmәlәr, mәcburi dövlәt sosial sığorta haqqı, icbari sığorta, işsizlikdәn sığorta, kapital qoyuluşu vәsaitlәri, banklara ssudalar üzrә borcların qoyulan vaxt әrzindә verilmәsini vә digәr ehtiyat fondlarına ayırmaları hәyata keçirir.
    • Mühasibat uçotu sәnәdlәrinin, hesablaşmaların vә ödәniş öhdәliklәrinin, әmәk haqqı fondunun sәrf olunmasının, vәzifә maaşlarının tәyin edilmәsinin, aktivlәrin vә öhdәliklәrin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına vә müәssisәnin bölmәlәrindә sәnәdli tәftişin qaydalarına riayәt edilmәsinә nәzarәt edir.
    • Aktivlәrin çatışmazlıqları vә mәnimsәnilmәsi haqqında sәnәdlәrin tәrtibindә iştirak edir, lazımi hallarda müvafiq işlәrin hüquq-mühafizә orqanlarına verilmәsinә nәzarәt edir. İnventarizasiya zamanı aktiv vә öhdәliklәrin mövcud faktiki qalığı ilә mühasibat uçot mәlumatları arasında yaranmış kәnarlaşmaların aradan qaldırması ilә әlaqәdar müvafiq işlәrin aparılmasını tәmin edir. Ştat, maliyyә, bank vә kassa intizamına ciddi әmәl edilmәsi, çatışmazlıqların vә itkilәrin uçotdan silinmәsi ilә әlaqәdar işlәri yerinә yetirir. Mühasibat uçotu sәnәdlәrinin çoxaldılması, tәrtib edilmәsi vә arxivә tәhvil verilmәsinin müәyyәn edilmiş qaydada yerinә yetirilmәsinә nәzarәt edir.
    • Mühasibat uçotunun sәmәrәli tәşkilinә, kompüterlәşmәsinә vә beynәlxalq standartlara uyğun qurulmasına diqqәt yetirir.
  • İstifadәsindә olan müәssisә әmlakından, maliyyә vәsaitlәrindәn, rabitә, kompyuter, kommunikasiya, nәqliyyat vasitәlәrindәn vә digәr maddi-texniki avadanlıqlardan qәnaәtlә vә sәmәrәli istifadә etmәk, onlardan şәxsi maraqları naminә, habelә xidmәti vәzifәlәrinin icrası ilә әlaqәdar olmayan digәr mәqsәdlәr üçün istifadә etmәmәk;
  • İMS-i (İnteqrasiya edilmiş Menecment Sisitemi), İSO 9001:2015, İSO 14001:2015 vә İSO 45001:2018 standartların tәlәblәrinә uyğun saxlamaq vә yerinә yetirmәk.
  • Daxili intizam, Әmәyin mühafizәsi, texniki tәhlükәsizlik, istehsalat sanitariyası vә yanğın    tәhlükәsizliyi üzrә norma vә qaydalarının tәlәblәrini yerinә yetirmәk.
  • İnqlis dili mütlәqdir
  • Әmәk haqqı: 900-1000azn

             Xahiş edirik, mövzu yerinә elanın adını yazaraq CV-nizi  sabina@gdg.az elektron ünvanına göndәrәsiniz.


yazıl

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Vakansiyaya yazılmaq

Vakansiyaya yazılmaq üçün sistemә daxil olmalısınız.

Scroll to Top